Adları
|
Qısa xarakteristikası
|
BCG GE/Mckinsey yanaşması
|
İnvestisiya strategiyalarının sadalanması
|
M.Porter yanaşması
|
Rəqabət strategiyalarının sadalanması
|
Shell/DPM Xofel-Şendel yanaşması
|
Artım strategiyasının sadalanması
|
ADL yanaşması
|
Diversifikasiya strategiyasının sadalanması
|
BCG modelində firmanın əsas kommersiya məqsədləri kimi mənfəət norması və həcminin artırılması nəticəsində tutulur. Strateji qərarların məqbul yığımı bu məqsədlərə nail olmaq üçün dörd variantla məhdudlaşır:
Bazarda firmanın biznes payının artırıması.
Bazarda firmanın biznes payının saxlanılması uğrunda mübarizə.
Bazarda firmanın biznes mövqeyindən maksimum istifadə edilməsi.
Həmin biznes növündən azad olmaq.
Bu modelin nəzərdə tutduğu qərar strateji məkanda firmanın konkret biznes növünün mövqeyindən bilavasitə asılıdır.
GE/Mckinsey modelinin ümumi strateji prinsipi aşağıdakılardan ibarətdir: əgər şirkətin bazarda müəyyən üstünlüyü vardırsa, onda cəlbedici sahələrdə biznesin saxlanılması və inkişafı üçün ayrılan resursların miqdarını artırmaqdır və əksinə, əgər bazarda şirkətin mövqeyi zəifdirsə, onda həmin növ biznesə yönəldilən resursların miqdarını azaltmaqdır.
Əgər biznesin perspektivi aydın deyilsə, onda aşağıdakı strateji qərarların qəbulu mümkündür:
Güclü tərəfə çevrilməsini vəd edən üstünlüklərinin sürətlənməsi istiqamətində şirkəti inkişaf etdirmək.
Şirkət bazarda öz yerini müəyyənləşdirmək və onun inkişafını investisiyalaşdırmaq.
3. Əgər hər iki qərarın qəbulu mümkün olmazsa, onda biznesin növünü saxlamaq lazımdır.
Orta mövqeyə aid olan biznes hər hansı xüsusi keyfiyyətinin olmaması ilə səciyyələnir. Belə vəziyyət strateji davranış xəttinin seçilməsinə ehtiyatlı yanaşmağı tələb edir.
Xofer – Şendel modelində inkişaf etdirilən yanaşma rəqiblərin vəziyyətindən və bazarın təkamül mərhələlərindən asılı olaraq şirkət üçün strategiyanın G tipini nəzərdə tutur:
bazar payının artırılması strategiyası;
artım strategiyası;
mənfəət strategiyası;
istehsalın təmərküzləşdirilməsi, yaxud aktivlərin azaldılması strategiyası;
ləğv, yaxud ayrılma strategiyası;
açılma, yaxud ayrılma strategiyası.
Bu strategiyanın məqsədi satış həcminin azalması prosesini tezliklə dayandırmaqdır. Bəzən bunun üçün kapital qoyuluşu və resurslar tələb olunur, digər hallarda biznes özünümaliyyələşdirmə imkanına malik olur.
Şirkətin biznes-portfelini balanslaşdırmaq üçün Xofer və Şendel modeli tətbiq edərək korporativ strategiyanın üç tipini fərqləndirmişlər:
Portfel korporativ strategiya.
Maddi-texniki təminat strategiyası.
Şirkətin siyasi strategiyası.
Artur D.Liml (ADL) şirkətinin yanaşması dəqiqləşdirilmiş strategiyanın seçilməsini nəzərdə tutur. Mahiyyətcə belə strategiyanın seçilməsi strateji planlaşdırmadan operativ planlaşdırmaya doğru atılan ciddi addımdır. ADL yanaşması 24 dəqiqləşdirilmiş strategiya təklif edir. Beləliklə, bu modelin təklif etdiyi strateji qərar spesifik strategiyaların kombinləşməsinin nəticəsidir.
Dostları ilə paylaş: |