Əlilliyi olan uşaqların funksionallığına dair beynəlxalq təsnifat (FBT) ( Fəaliyyət, əlillik və sağlamlığın beynəlxalq təsnifatı) FBT insan sağlamlığının bütün aspektlərini və rifahın sağlamlıqla bağlı bəzi
komponentlərini əhatə edir və bunları sağlamlıq sahələri və sağlamlıqla əlaqəli sahələr baxımından təsvir edir. Təsnifat sağlamlığın geniş təhlilinə sadiq qalaraq sağlamlığa aidiyyəti olmayan, məsələn, sosial-iqtisadi amillərdən qaynaqlanan situasiyalardan bəhs etmir. Məsələn, irq, cins, din və ya başqa sosial-iqtisadi xüsusiyyətlərə görə insanlar onları əhatə edən mühitdə vəzifələrini yerinə yetirməkdə məhdudiyyətlərlə üzləşəbilərlər, lakin bunlar FBT-də təsnif olunduğu kimi sağlamlıqla bağlı iştirak məhdudiyyətləri hesab olunmur.
FBT-nin yalnız əlilliyi olan insanlara şamil olunduğuna dair yanlış fikir formalaşmışdır; əslində bu təsnifat bütün insanlara aiddir. Sağlamlıq və sağlamlıqla bağlı bütün vəziyyətlər FBT-dən istifadə etməklə təsvir edilə bilər.
“Funksionallığa dair Beynəlxalq Təsnifat: uşaq və gənclər (FBT‒UG)” sənədinin yaradılması səbəbləri-FBT-UG praktik, fəlsəfi, taksonomik və ictimai sağlamlıq mülahizələrinə əsaslanaraq hazırlanmışdır.
A. Praktik səbəb- Praktik nöqteyi-nəzərdən xidmət sistemlərində istifadə oluna biləcək uşaq əlilliyinə dair müfəssəl təsnifatın yaradılması nəzərdə tutulsa da, gerçəkləşdirilməmişdi. Təsnifat uşaqların tibbi, təhsil, sosial və abilitasiya hüquqlarından yararlanmaq formasında həyata keçirilməsi ilə yalnız uşaq və gənclərə xas fiziki, sosial və psixoloji xüsusiyyətləri nəzərə alan sistemin yaradılmasını tələb edirdi. Beləliklə, FBT uşaq və gənclərin fəaliyyət dünyasını geniş şəkildə əhatə etmək üçün hazırlandı. Bundan başqa, uşaqlıq və yeniyetməlik dövrlərində fəaliyyət, əlillik və sağlamlıq vəziyyətlərinin təzahürləri böyüklərlə müqayisədə öz təbiəti, intensivliyi və təsiri baxımından fərqlidir. Bu fərqlərlə yanaşı, FBT-UG-də böyümə və inkişafla əlaqədar meydana çıxan dəyişiklikləri nəzərə alınmışdır.