Fənnin adi : İnklüziv təhsil Tərtib etdi: Xüsusi təhsil kafedrasının baş müəllimi-Zeynəb Məmmədova



Yüklə 23,69 Kb.
səhifə3/4
tarix12.11.2022
ölçüsü23,69 Kb.
#68698
1   2   3   4
İnklüziv mühazirə-3

B. Fəlsəfi səbəb- Uşaq və gənclərin sağlamlığını və fəaliyyətini müəyyənləşdirən təsnifatın BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası (2006) tərəfindən müəyyənləşdirilən fundamental insan hüquqları ilə vəhdət təşkil etməsi fəlsəfi nöqteyi-nəzərdən çox mühüm idi. FBT əsasında yaranan təsnifat olaraq, FBT-UG fəaliyyət və sağlamlıq vəziyyətlərini kodlar formasında daha dəqiqliklə təsvir edir ki, bu da daha kamil fəaliyyətdən xəbər verir. İctimai sağlamlıq üzrə çərçivənin təşkili uşaqlıq dövründə əlilliyin aradan qaldırılması istiqamətində demoqrafik yanaşmanın təmin edilməsinə əsaslanır. FBT-UG-nın bütöv məzmunu uşaq hüquqları naminə qəbul edilən beynəlxaq konvensiya və bəyənnamələr ilə tam uyğunluq təşkil edir. Beləliklə, FBT-UG tərkibindəki kateqoriya və kodların sənədləşdirilməsi uşaq və gənclərin hüquqlarının təminatının bir sübutu kimi çıxış edə bilər. FBT-UG uşaq və gənclərin sağlamlıq və fəaliyyət xüsusiyyətlərini qeydə almaq məqsədilə həkimlər, təhsil işçiləri, siyasətçilər, ailə üzvləri, istehlakçılar və tədqiqatçılar tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur. FBT-UG körpəlik, uşaqlıq və yeniyetməlik dövrlərində uşaq və gənclər üçün mühüm əhəmiyyət kəsb edən bədən üzvlərinin funksiyaları, quruluşu, fəaliyyət və iştirak məhdudiyyətləri və ətraf mühit amilləri kimi məsələlərin qeydə alınması üçün konseptual çərçivə, ümumi dil və terminologiyanı təklif edir. FBT-UG uşaq və gənclərin sağlamlığı, fəaliyyəti və inkişafını müəyyənləşdirmək və qeydə almaq məqsədilə müxtəlif ölkələrdə, müxtəlif sahələrdə, dövlət sektorlarında istifadə oluna bilər.
2013-cu il “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edildi. Hədəflərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil təminatı aşağıdakı kimi nəzərdə tutulmuşdur:
1.2.4. xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması;
2.5. xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması:
2.5.1. xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi;
2.5.2. məktəbəqədər və ümumi təhsil müəssisələri təhsil verənlərinin inklüziv təhsili üzrə məqsədli əlavə təhsilinin təmin edilməsiAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.4-cü bəndində sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2017-ci ildə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
İnklüziv təhsilin pilot layihəsi Azərbaycan respublikasi təhsil nazirliyi BMT-nin uşaq fondu (UNİCEF) 2014- cü il ibtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi, 18 mart 2015-ci il Nərimanov rayonu 202, Xətai rayonu 138 nömrəli tam orta məktəblər, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Sabunçu rayonu 252 nömrəli məktəb-lisey layihə üzrə pilot müəssisələr müəyyən ediliblər. Bu müəssisələrdə loqopedik xidmət də yaradılıb. Layihənin fəaliyyət planının icrası və koordinasiyası De-İnstitutlaşma və uşaqların müdafiəsi idarəsinə tapşırılıb.
Beynəlxalq təcrübə göstərir ki, inklüziv təhsilin təmələni “erkən müdaxilə” təşkil edir. “Erkən müdaxilə” dedikdə uşağın inkişafdan geri qalmasının və geri qalma riskinin erkən aşkarlanmsını, onun ailəsinə erkən ixtisaslaşmış psixoloji-tibbi-pedaqoji, sosial yardımın göstərilməsi nəzərdə tutulur. “Erkən müdaxilənin” hədəf qrupu yalnız uşaqlar deyil eyni zamanda valideynlərdir.

Yüklə 23,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin