Nitq prosesində tələffüz edilən bütün səsləri yazıda işarə etmək, müstəqil səs kimi qəbul etmək
qeyri-mümkündür. Dildə yalnız ictimai məna daşıyan danışıq səslər ( fonemlər ) haqqında ictimai səs kimi danışmaq olar. Danışıq səsləri 2 qrupa bölünür:
Sait səslər (vokalizm -*latın mənşəli sözdür) – tələffüz zamanı ağız boşluğunda heç bir maneəyə rast gəlmirlər.
Samit səslər (konsonantizm -*latın mənşəli sözdür) – tələffüz zamanı ağız boşluğunda müəyyən maneələrlə qarşılaşırlar.
Sait səslərin təsnifi Sait səslər müxtəlif cəhətlərinə görə təsnif edilir. Bunlar aşağıdakılardır:
Dilin üfüqi vəziyyətinə görə. Bu vəziyyətə görə sait səslər 3 qrupa ayrılır:
Dilin şaquli vəziyyətinə görə. Burada dilin və alt çənənin vəziyyəti əsas rol oynayır. Bu vəziyyətə görə sait səslər 2 qrupa ayrılır:
Açıq sait səslər – [ö], [o], [a], [ə] bunları tələffüz edərkən alt çənə aşağı düşür, dilin ön hissəsi alt dişlərə birləşmiş olur. Həmçinin bunlara geniş saitlər də deyilir.
Qapalısait səslər – [ı], [i], [u], [ü] bunları tələffüz edərkən alt çənə aşağı düşmür,dil isə yuxarı qalxır. Bunlara dar saitlər də deyilir. *Məsləhət – qapalı saitləri asan yadda saxlamaq üçün 4 cür yazılan şəkilçiləri bilmək səmərəlidir. (məsələn: çı, çi, çu, çü)
QEYD: Məxrəci tam açıq və ya tam qapalı sait səslərə uyğun gəlmədiyindən [e] yarımaçıq və ya yarımqapalı hesab edilir.
Dodaqların vəziyyətinə görə. Dodaqların iştirakına görə sait səslər 2 qrupa ayrılır:
Dodaqlanan sait səslər ( dodaq) – [o], [u], [ö], [ü] bu sait səslərin formalaşmasında dodaqlar bilavasitə iştirak edir.
Dodaqlanmayan sait səslər –[a],[ə], [ı], [i], [e] bu sait səslərin formalaşmasında dodaqlar iştirak etmir
Məxrəc sabitliyinə görə. Bu zaman danışıq üzvlərinin qurulması çox ani baş verir. Onlar dərhal vəziyyətini dəyişir. Bu səbəbdən də məxrəc (başqa səs) alınır. Dildə məxrəci eyni olan iki səs tapmaq qeyri-mümkün məsələdir. Məxrəc sabitliyinə görə saitlər 2 qrupa ayrılır:
Təkavazlı sait səslər
Cütavazlı sait səslər Azərbaycan dilində cütavazlı səs (diftonq) yoxdur, lakin bəzi fonetik hadisələr zamanı xalq danışıq dilində diftonqlaşma baş verə bilər. Məsələn: qovurma [qourma], sovurma [sourma] və s.
QEYD – diftonqlar iki sait səsin bir məxrəcdə tələffüz edilməsindən yaranır. Məsələn İngilis dilində Friday – [fraıdı]; boy [boı] və s.
Kəmiyyətə görə. Bu bölgüyə görə sait səslər 3 qrupa ayrılır:
Uzun sait səslər Dilimizdə bunlara daha çox Ərəb-fars mənşəli alınma sözlərdə təsadüf edilir. Məsələn: Sabir [sa:bir], Arif [a:rif] və s. Hətta səs uzanması bizim dildə sözün mənasını dəyişə də bilir – [dava] (dərman mənasında) – [da:va] (münaqişə mənasında); [nərə] (balıq növü) – [nə:rə] (Koroğlunun nərəsi)
Qısa sait səslər Bu səslərin yaranmasına isə əsasən sait düşümü səbəb olur. Məsələn: [burun]-[burnun], [alın]-[alnın], [ağız]-[ağzın] və s.
Gərginliyə görə. Yuxarı danışıq üzvlərinin gərginliyinə görə sait səslər 2 yerə ayrılır: