Ekran pikselinin qiyməti. Bu göstərici ekrandakı nöqtənin – pikselin ölçüsünün minimal qiymətini göstərir (bu qiymət millimetrin onda bir hissəsi ilə ölçülür). Bu parametr alınan təsvirin keyfiyyətinə bilavasitə təsir edir: bu nöqtə nə qədər böyük olarsa, təsvir də bir o qədər kobud alınar. MK monitorlarda bu kəmiyyət 0,28-0,29 mm olur.
Seyrəklik qabiliyyəti (videorejim).Bu kəmiyyət vasitəsilə ekrana çıxarılan nöqtələrin (piksellərin) sayı təyin edilir. Aydındır ki, piksellərin sayı nə qədər çox olarsa, təsvir də bir o qədər keyfiyyətli alınacaq. Seyrəklik qabiliyyəti 2 kəmiyyəti təsvir edir: üfüqi və şaquli istiqamətdə nöqtələrin sayı. Bu kəmiyyət kompyuterdə rejimdən rejimə keçdikcə dəyişir:
640x480 (14 dyümlü monitorlar üçün standart rejim)
800x600 (15 dyümlü monitorlar üçün standart rejim)
1024x768 (17 dyümlü monitorlar üçün standart rejim)
1152x854 (19 dyümlü monitorlar üçün standart rejim)
1280x1024 (20 dyümlü monitorlar üçün standart rejim)
1600x1200 (21 dyümlü monitorlar üçün standart rejim)
Praktikada, istənilən monitor daha böyük seyrəkliyi dəstəkləyə bilər. Çox böyük seyrəklik olduqda qrafik interfeysin elementləri çox-çox kiçik alınır.