Açılışın maksimal tezliyi (Refresh Rate). Aydındır ki, açılış tezliyi nə qədər kiçik olarsa, monitorun ekranı insanın gözünü daha tez yorar. Bir qayda olaraq komfort şəkildə işləmək üçün açılışın tezliyi 85 Hz-dən aşağı olmamalıdır. Bu zaman ekrandakı təsvir bir saniyədə 85 dəfə yenilənəcəkdir. Daha aşağı tezlik görmə qabiliyyətini zəiflədə bilər. Bütün bu deyilənlər EŞB monitorlara aiddir. MK monitorlarda isə bir piksel digər piksellərdən asılı olmur və ayrıca idarə olunur. Ona görə də MK monitor üçün bu parametr 75 Hz olarsa, bu təhlükəsizdir.
Videoplatanın tipi
Rəngin dolğunluğu – ekrana eyni zamanda çıxarıla bilən rənglərin sayı ilə müəyyən olunur.