Plotter
Plotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
Akustik sistemlər (səsucaldıcılar)
Akustik sistemlər audioinformasiya ilə işi təmin edir. Buna səs ucaldıcıları, qulaqcıqları, mikrofonu aid etmək olar. Akustik sistemlər 2 cür olur: daxili və xarici.
Skaner
Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə daxil edilməsini təmin edir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet, jurnal, kitab və s. surətlərinin kompyuterdə təkrar istifadə edilməsinə imkan verir. Ən geniş yayılmış iki tip skaner mövcuddur: əl ilə işləyən (hand-held) və stolüstü (desktop).
Əl ilə işləyən skaner yığcam qurğu olub, kifayət qədər çevikdir və bir yerdən başqa yerə aparmaq nöqteyi-nəzərindən yararlıdır. Təsviri daxil etmək üçün skaneri təsvirin üzərində sürüşdürmək lazımdır. Skanerin mətni əhatə etdiyi eni 4 dyüm (10 sm) olur, uzunluğu isə proqram təminatı ilə məhdudlaşır.
Stolüstü skanerlərə çox vaxt səhifəlik, planşet və ya avtoskaner deyilir. Bu skaner vasitəsilə 8,5 x 11 və ya 8,5 x 14 dyüm ölçülü təsvirləri kompyuterə daxil etmək mümkündür.
Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə (dpi – dot per inch) təyin olunur.
Bir qayda olaraq, təsvir obrazları kompyuterdə qrafiki fayl şəklində - TIFF (Tagged Image File Format) və ya PCX formatında saxlanılır.
Dostları ilə paylaş: |