Fərdi kompyuterlərin tərkib hissələri



Yüklə 4,19 Mb.
səhifə8/34
tarix30.12.2021
ölçüsü4,19 Mb.
#20953
1   ...   4   5   6   7   8   9   10   11   ...   34
Verilənlər şini – informasiya magistralı olub, onun sayəsində prosessor kompyuterin digər qurğuları ilə verilənlər mübadiləsi apara bilir.

Fiziki nöqteyi-nəzərdən mikroprosessor – Böyük İnteqral Sxemidir (BİS). Onun əsas səciyyəvi xüsusiyyəti işçi gərginliyi, takt tezliyi, takt tezliyinin daxili çoxaltma əmsalı, keş-yaddaşın tutumu və dərəcəliliyidir (takt tezliyini bəzən kompyuterin və mikroprosessorun sürəti də adlandırırlar).

Mikroprosessoru işçi gərginlik ilə ana plata təmin edir. İşçi gərginliyin qiymətinin aşağı həddə endirilməsi mikroprosessorun daha da məhsuldar işləməsini təmin edir.

Prosessorun daxilində registr adlanan müəyyən sahə var ki, mikroprosessor emal etdiyi verilənləri orada saxlayır.

Məlumdur ki, kompyuter eyni zamanda məhdud ölçüdə informasiya vahidləri yığımı ilə işləyir. İnformasiya vahidi yığımı mikroprosessorun daxilində yerləşən registrlərin dərəcəliyindən (mərtəbəliyindən) asılı olur. Dərəcəlik (mərtəbəlilik) – prosessorun eyni vaxtda emal etdiyi informasiya bitlərinin sayıdır. Əgər kompyuter bir dəfəyə 8 dərəcəli (8 bitdən ibarət) informasiyanı emal edə bilirsə, deməli registr, daha doğrusu mikroprosessor 8 dərəcəli (mərtəbəli) hesab edilir. Müasir prosessorlarda bu parametr 32 və 64 olur.



Takt tezliyi 1 saniyə ərzində yerinə yetirilən əməliyyatların (məsələn, toplama və vurma) sayını və həmin əməliyyatların hansı sürətlə yerinə yetirildiyini göstərir. Takt tezliyi Meqaherzlərlə (MHz) və Geqaherslərlə (GHz) ölçülür. Bu göstərici prosessorun adından sonra yazılır (məsələn, Pentium/75 MHz).

Mikroprosessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə buraxır. Əgər başlanğıc nöqtə kimi prosessorlar bazarında Intel korporasiyasını götürsək, indiyə kimi bu firmada prosessorların 8 nəsli dəyişmişdir: 8088, 286, 386, 486, Pentium I, Pentium II, Pentium III, Pentium IV. Bu mikroprosessorların tezliyə görə təsnifatı aşağıdakı kimidir:

Pentium I - 75 MHz  300 MHz

Pentium II - 300 MHz  600 MHz

Pentium III - 600 MHz  1100 MHz

Pentium IV – 1100 MHz (1,1GHz)  4000 MHz (4 GHz)



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin