Ferromaqnetizm müasir texnologiya və sənayedə çox mühüm rol oynayır. Belə ki, ferromaqnitlər sərt disklər və maqnitofonlar kimi maqnit materialları və transformatorlar, generatorlar , elektrik mühərrikləri, elektromaqnitlər kimi bir çox elektrik və elektromexaniki cihazların əsasını təşkil edirlər.

Sağ tərəfdəki cədvəldə temperatura görə ferromaqnit və ferrimaqnit birləşmələrin seçilmiş siyahısı göstərilmişdir.
Bəzi kristallik ferromaqnit materiallar üçün Küri temperaturu Ferromaqnit materiallar
Ferromaqnetizm materialın kimyəvi tərkibinin xüsusiyyəti deyil, ancaq onun kristallik strukturu və mikroskopik təşkilidir. Fridrix Heuslerin şərəfinə Heusler ərintiləri adlanan tərkibləri ferromaqnit olmayan ferromaqnit metal ərintiləri də var. Bundan başqa yalnız ferromaqnit materiallardan ibarət olan, paslanmayan polad kimi qeyri- maqnit ərintilər var.

Maye ərintilərin çox sürətli soyuması ilə amorf (qeyri-kristallik) ferromaqnit metal ərintiləri hazırlana bilər. Onların xüsusiyyətləri təxminən izotropikdir (kristallik ox boyu düzülməyib): Bu aşağı koersitivliyə, aşağı histerezis itkisinə yüksək keçiriciliyə və yüksək elektrik müqavimətinə gətirib çıxarır. Belə tipik material aşağı ərimə dərəcəsi olan metalloid elementlər (B, C, S, P, Al) və təxminən 80% intiqallı (yerdəyişməli) metallardan hazırlanmış yerdəyişməli metal-metalloid ərintiləridir.