Fesil-11. indd



Yüklə 6,57 Mb.
səhifə20/20
tarix27.12.2023
ölçüsü6,57 Mb.
#199034
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   20
Əhalinin sağlamlığı. Bakı şəhərində 2003-2006-cı illərin yay aylarında havanın orta temperaturunun 1,5°C artması əhalinin müxtəlif səbəblərdən xəstələnməsi hallarını qabaqkı illərə nisbətən 20-34% artmışdır. Əlavə ölüm halı çox deyil (3,4%), bu da uzun sürən isti yay şəraitinə yerli əhalinin uyğunlaşma xüsusiyyətləri ilə bağlıdır. Lakin miokard infarktından və insultdan ölənlərin sayı müvafiq olaraq 26 və 56% artmışdır. Gələcəkdə risk qrupu sayılan yaşlı əhalinin sayının artması və şəhərlərdə «istilik adalarının» mövcud olması kəskin istilərin mənfi təsir effektini daha da artıra bilər.
Ölkə ərazisi malyariya xəstəliyinin yayılması xüsusiyyətlərinə görə üç zo-naya bölünür: endemik, epidemik və malyariyasız zonalar. İqlimin istiləşməsi nəticəsində istər endemik, istərsə də epidemik malyariyalı zonaların sərhədlərinin dağlara doğru yüksələcəyini, əsasən də dağlıq ərazilərdə epidemiya mövsümünün uzanacağını gözləmək olar. Lakin nəzərə alsaq ki, dəniz səviyyəsindən 1500 m-dən yüksək olan ərazilərdə yaşayış məntəqələri seyrək yerləşib və hazırda ölkə əhalisinin cəmi 1,2%-i bu zonada yaşayır, onda həmin yüksəkliklərdə malyariyanın yeni ocaqlarının yaranması ehtimalı böyük deyil.
Gözlənilən iqlim dəyişmələrinin əhalinin sağlamlığına mümkün mənfi təsirini azaltmaq üçün aşağıdakı əsas uyğunlaşma tədbirləri həyata keçirilə bilər:

  1. yaşayış məntəqələrinin və tikintilərin layihələşdirilməsi zamanı mövcud

«istilik adaları» effektinin və gözlənilən iqlim dəyişmələrinin nəzərə alınması;

  1. şəhərlərin sürətlə yaşıllaşdırılması və şəhər ətrafında yaşıllıq massivlərinin

salınması;

  1. malyariya epidemiyasının baş verə biləcəyi halların proqnozlaşdırılması

və qarşısının alınması;

  1. içməli suyun keyfiyyətinin yüksəldilməsi və s.

Göstərilənlərdən qənaətə gəlmək olar ki, iqlim dəyişmələri ölkəmizdə də öz təsirlərini büruzə verir və ümumilikdə insan inkişafı prosesinə təsir göstərir. Yuxarıda sadalanan sahələr üzrə mənfi təsirlərin əksəriyyəti Azərbaycan əhalisinin daha həssas insan təbəqələrini əhatə edir (kənd yerlərində məskunlaşmış əhali, yaşlılar və s.). Bu bütün dünya da belədir. İqlim dəyişmələri qlobal müstəvidə daha çox həssas insan təbəqələrinin mövcud problemlərini daha da kəskinləşdirir. Məhz buna görə də iqlim dəyişmələri ilə mübarizə aparılmalı, onun təsirlərinin yumşaldılması üçün tədbirlər həyata keçirilməli və ona uyğunlaşmaq üçün zəruri addımlar atılmalıdır. Bu problemə səthi yanaşdıqda və onu ciddi qəbul etmədikdə artıq çox gec ola bilər.

1 Azərbaycanın karbon emissiyası 47 milyon ton təşkil edir (Dünya Bankı, 2008)

2 Qeyd etmək lazımdır ki, bio-kütlədən enerji alınarkən atmosferə müəyyən miqdarda metan, karbon-dioksid və digər qazlar daxil olur. Ancaq bu, bio-kütlənin təbiətdə kor-təbii çürüməsi baş verərkən, havaya əlavə olunan ziyanlı qazların miqdarı qat-qat çoxdur.

3 Haşiyə çıxaraq qeyd etməliyik ki, dünya liderləri 2012-ci ilin iyununda yenidən Rio-deJaneyroda “Rio+20” konfransına yığışdı. Ümidlər var idi ki, onlar razılığa gələrək mənfi iqlim dəyişiklərinin qarşısını ala biləcək öhdəliklər götürə biləcəklər. Təəssüf ki, bu, baş vermədi. Əsas mübahisə öz ətrafında digər inkişaf edən dövlətləri birləşdirmiş Çinlə artıq inkişaf etmiş dövlətlər arasında kimin daha çox öhdəlik götürməsi oldu. Çin hesab edir ki, indiki iqlim böhranının əsas baiskarları artıq inkişaf etmiş dövlətlər olduğundan əsas öhdəlikləri də məhz onlar götürməlidirlər. Əksinə, inkişaf etmiş dövlətlər əsas məsuliyyəti indi Çin kimi sürətlə inkişaf edən dövlətlərin daşımalı olduğunu iddia edirlər. Razılıq alınmır və təhlükəli iqlim dəyişiklikləri davam etməkdədir.

Yüklə 6,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin