Fesil-11. indd



Yüklə 6,57 Mb.
səhifə12/20
tarix27.12.2023
ölçüsü6,57 Mb.
#199034
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
11.5.7 Azərbaycanda alternativ enerjinin texniki, iqtisadi və sosial

reallıqları


Göstərdiyimiz kimi, Azərbaycanın alternativ enerji potensialı yüksəkdir. Ancaq bu potensialın reallaşması bir çox texniki, iqtisadi və sosial amillərdən asılıdır. Belə ki, hal-hazırda Azərbaycanda elektrik enerjisi 1 kW görə 6 qəpiyə, 1 kubik metr təbii qaz isə 10 qəpiyə satılır. Öz növbəsində su elektrik enerjisi istehsalçıları şəbəkəyə verdikləri1 kW görə 4.1 qəpik, İES-lərdə istehsal olunmuş enerjinin şəbəkəyə verilməsinə görə isə 4.5 qəpik alırlar.
Təxmini hesablamalar göstərir ki, Azərbaycanda bioenerjidən alınan elektrik enerjisinin tarifi təxminən 12-13 qəpik, külək enerjisinin tarifi 25-30 qəpik, günəş enerjisinin tarifi 50-60 qəpik olduqda, bu sahələr rentabelli ola bilərlər. Yəni, alternativ enerjini rentablelli etmək üçün mövcud tariflər bir neçə dəfə artırılmalıdır. Lakin tarifin artırılması bilavasitə insanların alıcılıq qabiliyyətindən asılıdır. Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ildən 2012-ci ilin yanvarınadək 44.7%-dən 7.6%-ə qədər endirilsə də, hələ də elektrik və qaz enerjisi ödəmələri bir çox ailələrdə büdcənin mühüm hissəsini təşkil edir. Belə şəraitdə əhaliyə satılan enerji tariflərini qaldırmaq çətindir. Bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi hökumətin strateji prioritetlərindən biri olsa da, sahənin iqtisadi cəhətləri, təşkilati, tənzimləyici və tarif mühiti hələ özəl sektorun yatırımları üçün kifayət qədər stimul yaratmır. Ancaq tarifləri də ölçüb-biçmədən artırmaq olmaz. Alternativ enerjinin inkişafı üçün bu sahənin digər sahələrlə, ölkənin ümumi inkişaf modeli ilə, ölkə prioritetləri ilə əlaqə və münasibətləri öyrənilməli, təhlil edilməli və yalnız bundan sonra addımlar atılmalıdır. Ölkənin bütün maraqları qarşılıqlı şəkildə tənzimlənməlidirlər. Həm də nəzərə almaq lazımdır ki, qlobal miqyasda istilik qazlarının ümumi həcmində Azərbaycanın payı çox kiçikdir, 0.5%-dən də aşağıdır. Buna görə tələsqənlik etmədən ölçülübbiçilmiş siyasət yürütmək gərək.

Yüklə 6,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin