Azərbaycan Respublikas İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyaya qoşulur.
1997
Kioto Protokolu qəbul olunur. Bu protokol sənayeləşmiş ölkələr üzərinə CO2 və digər istilikxana qazlarnn emissiyasnn azaldlmas istiqamətində hüquqi öhdəliklər qoyur.
Rio da Jeneyro şəhərində BMT-nin Dayanql İnkişaf üzrə 3-cü Konfrans baş tutur. Konfransda qlobal Dayanql İnkişaf Məqsədlərinin qəbul olunmas əsas müzakirə mövzusu olur.
11.2.2 İqlim dəyişmələrinə qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıq
Bu günə olan məlumata əsasən artıq 194 ölkə və bir regional təşkilat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etmişdir. Konvensiyanın tələblərinə əsasən hər bir ölkə atmosferə tullanan istilikxana qazlarının miqdarı, iqlim dəyişmələrinin təsiri və onun nəticəsində baş vermiş dəyişikliklər, iqlim dəyişmələri ilə mübarizə üzrə görülmüş işlər barədə mütəmadi olaraq Konvensiyanın Katibliyinə hesabatlar təqdim edir. Azərbaycan Respublikası da artıq Katibliyə iki hesabat təqdim etmişdir (2005 və 2010-cu illərdə).
Çərçivə Konvensiyada iqlim dəyişmələrinə uyğunlaşma üzrə tədbirlər planı öz əksini tapır. Konvensiyanın mətnində kənd təsərrüfatından sahilboyu ərazilərin mühafizəsinə, daşqın təhlükəsindən bərk tullantıların idarə olunmasına kimi müxtəlif sahələrdə iqlim dəyişmələrinin təsirinə hazır olmaq üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanır. Bu əməkdaşlığın əsas məqamlarından biri varlı ölkələr tərəfindən inkişaf etməkdə ölkələr, onların arasından iqlim dəyişmələrinin mənfi təsirlərinə daha həssas dövlətlər dəstək verilməsidir. Lakin inkişaf etmiş ölkələr Konvensiyanın yardımçılıq prinsipinə yetərincə diqqət ayırmırlar. Konvensiyanın Əlavə 2-nə daxil olan ölkələr (ABŞ, Rusiya, Avropa İttifaqı ölkələri, Avstraliya və s.) inkişaf etməkdə olan dövlətlərdə iqlim dəyişmələrinin mənfi təsirlərinin aradan qaldırılmasında onlara texniki və maliyyə yardımı göstərməlidirlər. Lakin bu ölkələrin hökumətləri öz sərhədləri daxilində adaptasiya tədbirlərinə kifayət qədər sərmayə yatırmalarına baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə paralel sərmayə qoyuluşu həyata keçirmirlər. Beləliklə dünyada iqlim dəyişmələrinə uyğunlaşma üzrə potensialı inkişaf etmiş və ya çox zəif olan ölkələr blokları formalaşmaqdadır.