Fesil-11. indd


• Eko-sistemlərin məhv edilməsi



Yüklə 6,57 Mb.
səhifə6/20
tarix27.12.2023
ölçüsü6,57 Mb.
#199034
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   20

• Eko-sistemlərin məhv edilməsi


Qlobal orta temperaturun 2°C artması fauna və floranın növlərinin məhv olma təhlükəsini sürətləndirir. Alimlərin hesablamalarına əsasən qlobal orta temperaturun artım həddi 3°C-ni keçdikdə bilinən canlıların təqribən 20-30%nin nəslinin kəsilməsi təhlükəsi yaranacaqdır. Hazırda iqlim dəyişmələri öz mənfi təsirini daha çox dəniz və okean eko-sistemlərinə göstərir. Bu da sahilyanı ərazilərdə bio-müxtəliflik və eko-sistemlərin tələfatı ilə nəticələnir. Nəticədə əsas gəlir mənbəyi balıqçılıq olan 100 milyonlarla insan qida çatışmazlığı və maliyyə itkisində əziyyət çəkir.

• İnsan sağlamlığına risklərin artması


İqlim dəyişmələri müxtəlif səviyyələrdə insan sağlamlığına mənfi təsir göstərəcəkdir. Temperaturun istiləşməsi nəticəsində malyariya zonasının əhatə zonası genişlənərək əlavə 400 milyonadək insanı bu xəstəliyə yoluxma riski ilə üz-üzə qoya bilər. Malyariya xəstəliyindən ən çox ölüm hallarının təsadüf etdiyi Sahara bölgəsində (təqribən 90%) xəstəliyə yoluxmanın 16-28% artması ehtimal olunur.
Yuxarıda təsvir olunan insan inkişafı istiqamətləri üzrə meydana çıxmaq ehtimalı olan problemlərə təcrid olunmuş şəkildə nəzər salmaq olmaz. Onlar bir-biri ilə sıx bağlı olmaqla insan inkişafını əngəlləyən mövcud problemləri daha da dərinləşdirir. Bu bölmənin növbəti hissələrində iqlim dəyişmələri ilə mübarizə üzrə institusional çərçivə, onun təsirlərinin yumşaldılması üçün dünyada və ölkəmizdə həyata keçirilən tədbirlər, iqlim dəyişmələrinə uyğunlaşmanın çətinlikləri, Azərbaycanda iqlim dəyişmələrinə həssas sahələr və adaptasiya imkanları təhlil olunacaqdır.

11.2 İqlim dəyişmələri üzrə institusional çərçivə


Ədalətsizliyi görəndə neytral qalmağı seçirsənsə, deməli sən zülmkarın tərəfindəsən”- Dezmond Tutu

11.2.1 İqlim dəyişmələri üzrə institusional çərçivənin formalaşması: tarixə qısa baxış


XX əsrin 70-ci illərinin sonundan etibarən iqlim dəyişmələri problemi beynəlxalq ictimaiyyətin diqqətini daha yaxından cəlb etməyə başlamışdır. İqlim dəyişmələrinə qarşı kollektiv qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının mandatı altında bir sıra qurumlar yaradılmış, iqlim dəyişmələri üzrə çərçivə konvensiya qəbul olunmuş və beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi üçün müəyyən işlər həyata keçirilmişdir. İqlim dəyişmələri üzrə institusional çərçivənin formalaşması (bax Cədvəl 2) barədə qısa məlumat aşağıda verilmişdir.

Yüklə 6,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin