Fesil-12. indd


Neft hasilatçıları olan ayrı-ayrı ölkələrdə insan inkişafı indeksi



Yüklə 28,04 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix02.01.2022
ölçüsü28,04 Mb.
#1971
1   ...   9   10   11   12   13   14   15   16   ...   43
Neft hasilatçıları olan ayrı-ayrı ölkələrdə insan inkişafı indeksi

Əlbəttə, buradan əsla belə bir nəticə çıxarmaq lazım deyil ki, təbii resurslar 

ilə zəngin olan bütün ölkələr iqtisadi inkişafın aşağı templərinə və öz inkişafın-

da daha az təbii resurslara malik olan ölkələrdən geri qalmağa məhkumdurlar. 

Davamlı inkişafa yönəlmiş yüksək səviyyəli idarəetmə və uzunmüddətli plan-

laşdırma sayəsində təbii resurslar ilə zəngin olan ölkələrin bəziləri digərlərindən 

qat-qat yaxşı inkişaf edirlər. İnsan potensialının inkişaf indeksi (İPİİ) zəngin 

resurslara malik ölkələrdə əhalinin rifahının dəyişkənliliyin yüksək dərəcəsini 

nümayiş edir

13

. Xüsusi olaraq iri neft istehsalçısı olan Norveç, İPİİ üzrə  dün-



yada  aparıcı  yerlərdən  birini  tutur.  Bu  göstərici  üzrə  nisbətən  daha  yüksək 

reytinqlər də Bruney, Argentina, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt 

kimi neft hasilatı ölkələrinə aiddir. Neft hasil edən bir çox ölkələr İPİİ üzrə 

çox aşağı göstəricilərə malikdir. Xüsusilə, Ekvator Qvineyası, Qabon, Kon-

qo, Yəmən, Nigeriya, Anqola və Çad Respublikası dünyada İPİİ üzrə ən aşağı 

göstəricilərə malik ölkələr siyahısına daxildir.

12

 Sachs J., Warner A. Natural Resource Abundance and Economic Growth // NBER Working 



Paper No W5398. December 1995; Sachs J., Warner A. Fundamental Sources of Long Run 

Growth // American Economic Review Papers and Proceedings. 1997. Vol. 87, No 2. P. 184-

188.

13

 Human Development Report, 2005.




357

Nə üçün dövlətlər zəngin təbii resurslara malik olmalarına baxmayaraq, 

adətən onları iqtisadi inkişaf templərinin sürətləndirilməsi və əhalinin rifahı-

nın yaxşılaşdırılması üçün istifadə edə bilmir?

İqtisadçılar təbii resursların ixracatçılarının üzləşə biləcəyi və bu ölkələrin 

sürətli inkişafına mane ola bilən bir sıra “tələləri” artıq müəyyən etmişlər.




Yüklə 28,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin