352
Səhiyyə. Orta-gəlirli ölkələrdə səhiyyə sisteminin xidmətləri həm dövlət,
həm də özəl xidmətlər sistemi tərəfindən təqdim olunur. Orta hesabla bu ölkələrdə
səhiyyə xərcləri ÜDM-in 6%-ni təşkil edir. Şərqi Avropanın bəzi dövlətləri is-
tisna olmaqla, ölkələrin əksəriyyətində tibbi xidmətlərin nağd pulla ödənilməsi
payı (“out-of-pocket”) yüksəkdir və bu göstərici ümumi səhiyyə xərclərinin
ortadan səviyyədən az gəlirli ölkələrdə 50%-ni, orta səviyyədən yuxarı gəlirli
ölkələrdə isə 35%-ni təşkil edir.
Səhiyyə xidmətlərinin ödəniş formaları regionun coğrafi yerləşməsindən və
mədəni mənsubiyyətindən asılı olaraq dəyişir. Müxtəlif yanaşmaların tətbiqi ilə
səhiyyə sistemlərinin çoxsaylı islahatları indi də sınaqdan keçirilməkdədir. Eyni
zamanda, maliyyələşmə sistemlərinin xüsusiyyətləri bir çox məqamlarda hər bir
regionun və ölkənin tarixi şəraiti və institusional inkişaf mərhələsi ilə təyin edi-
lir.
Regional fərqlərə baxmayaraq orta-gəlirli ölkələr səhiyyə sisteminin
maliyyələşməsi üzrə oxşar prioritetlərə malikdir: ümumi əhatə dairəsi, maliyyə
müdafiəsi və effektivliyinin təminatı
7
. Səhiyyə sistemlərinin inkişaf prioritetlərini
formalaşdıran əsas çağırışları bunlardır: demoqrafik və epidemioloji vəziyyət ilə
əlaqədar xərclərin artması, yeni texnologiyaların meydana çıxması; həddən artıq
nağd pul ödənişləri; səhiyyənin qeyri-effektiv maliyyələşmə sistemi, həmçinin
bütövlükdə səhiyyə sisteminin qeyri-effektivliyi. Orta-gəlirli ölkələrdə QİÇS və
vərəmin yayılması kimi təhlükələr də mövcuddur. Belə ki, bütün dünyada vərəm
xəstəliyinin 47 faizi Hindistan və Çinin payına düşür.
Mənbə: W
World Developpment Indicattors, 2011.
7
Financing health in middle-income countries http://siteresources.worldbank.org/INTHSD/
Resources/topics/Health-Financing/HFRChap8.pdf
353
Məşğulluq. Orta-gəlirli ölkələrdə iş yerləri yaradılmadan iqtisadi artımın
baş verməsi hələ də aktual problemdir. Bu isə onunla əlaqəlidir ki, ölkələr
ümumiyyətlə işə düzəlmə imkanlarını formal sektora genişləndirmək iqtidarında
deyil. Bu, hər şeydən əvvəl, gənclər üçün böyük bir problemdir və onlar üçün işə
düzələ bilməmək ehtimalı əhalinin yerdə qalan hissəsi ilə müqayisədə üç dəfə
yüksəkdir. 2012-ci ildə Asiya və Sakit Okean ölkələrində gənclər arasında işsiz-
liyin proqnozlaşdırılan səviyyəsi 10.2% təşkil etmişdir. Bundan başqa, 2010-cu
ildə regionda təxminən 1.1 milyard işçi həssas məşğulluq kateqoriyasında ol-
muşdur.
İşsizlik problemi dünya əhalisinin sayının artması ilə get-gedə daha da
ağırlaşır. Yəni hətta işsizlik səviyyəsini xarakterizə edən göstərici stabil qalsa
da, əslində işsizlərin mütləq sayı artmaqdadır. Bundan əlavə, statistika işsizlik
dərəcəsini əhalinin əmək fəaliyyətinə yararlı olan hissəsindən faiz kimi hesab-
layır və əhalinin qocalmasını nəzərə alaraq, get-gedə daha çox insan bu kate-
qoriyaya daxil olunmur. Bu isə o deməkdir ki, işləyən hər bir insanın öhdəsinə
daha çox insan düşür və bu isə öz növbəsində müvafiq olaraq əhalinin gəlir
səviyyəsini aşağı salır.
Dostları ilə paylaş: