orta-gəlirli ölkələr sosial xidmətlərə, təhsilə, səhiyyəyə, gəlirlərə və s. çıxış
349
daxil olmaqla bərabərsizliyin artmasına məruz qalırlar. Bu isə bir qayda ola-
raq, əhalinin zəif təbəqələrinin marqinallaşması və istisna edilməsinə gətirib
çıxarır. Dünyanın ən sıx məskunlaşmış iki ölkəsi orta-gəlirli ölkələr qrupuna
daxildir. Dünyanın yoxsul əhalisinin 70%-dən çoxu təkcə bu 2 ölkənin payına
düşür ki, bu da ölkələrin daxilində bərabərsizliyin mövcudluğundan xəbər ve-
rir. Qrup ölkələrindən bir çoxu daxili disproporsiyalar (qeyri-bərabər inkişaf),
bərabərsizliklər və bəzi hallarda isə geniş yayılmış ayrı-seçkilik problemləri ilə
üzləşir. Uşaqlar arasında yoxsulluq, məktəbdən qalma (təhsildə geriləmə), artı-
mın ləngiməsi və uğursuz ailələrin başqa göstəriciləri orta-gəlirli ölkələr qru-
punda adətən daha yoxsul ölkələrin eyni göstəriciləri ilə müqayisə edilir.
Gəlirlərdə bərabərsizlik səviyyəsinin ölçülməsi üçün istifadə edilən Cini
(Gini) indeksi Asiya və Sakit Okean regionunun inkişaf edən ölkələrində 1990-
cı ildən sonrakı dövr ərzində orta hesabla 15%-ə qədər artmışdır. Həmin dövrdə
26 ölkədən 16-da, o cümlədən regionun Çin, Hindistan, İndoneziya və Rusi-
ya kimi aparıcı iqtisadiyyatlarında gəlirlərdə bərabərsizlik əmsalının artımı
müşahidə olunmuşdur. Yüksək bərabərsizlik səviyyəsi bu ölkələrdə sosial inki-
şafın məhdudlaşdırılmasının səbəbi oldu. Bərabərsizlikləri nəzərə alaraq düzəliş
edilərək, səhiyyə və təhsil sahəsində əldə edilmiş nailiyyətlər 10%-dən 30%-ə
qədər itkiləri təmin edərək, regionun bir çox ölkələrində əhəmiyyətli dərəcədə
aşağı oldu
5
.
Ölkələrdə bərabərsizlik problemi UNİCEF və BMTİP (Beynəlxalq Millətlər
Təşkilatının İnkişaf Proqramı), Ümumdünya İqtisadi Forum (2011) və Beynəlxalq
Valyuta Fondu (2011) kimi beynəlxalq təşkilatların siyasi gündəminə daxil edil-
mişdir.
5
Mənbə: “Economic and social survey of Asia and the Pacific”, UNESCAP, 2012.
350
Yoxsulluq. Orta-gəlirli ölkələrdə müxtəlif təzahürlərlə yoxsulluğun
səviyyəsi hələ də yüksəkdir. Əgər 1990-cı ildə bütün dünyada yoxsul insanların
93%-i aşağı gəlirli ölkələrdə yaşayırdısa, hal-hazırda 70%-dən çoxu, yəni dün-
yanın şərti olaraq “yeni milyard” adlanan bir milyardadək ən yoxsul insanı orta-
gəlirli ölkələrdə yaşayır.
6
Qrupun bəzi ölkələri əvvəlki kimi artan yoxsulluqla
üzləşirlər, halbuki başqa ölkələrdə bu problem yoxsulluğun yalnız geridə qalmış
regionlarda cəmləşməsindən ibarətdir. Yoxsulların ən böyük hissəsi adambaşına
düşən göstəricilərə görə orta hesabla varlı olmuş və nəticədə orta-gəlirli kateqo-
riyasına aid edilmiş ölkələrdə yaşayır.
Dostları ilə paylaş: