Fesil-12. indd


Təbii  sərvətlərin  bolluğu  və  münaqişələr



Yüklə 28,04 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix02.01.2022
ölçüsü28,04 Mb.
#1971
1   ...   13   14   15   16   17   18   19   20   ...   43
Təbii  sərvətlərin  bolluğu  və  münaqişələr. Təbii  resurslarla  zəngin  olan 

ölkələrin  iqtisadiyyatının  aşağı  artım  sürətlərinin  ən  aşkar  səbəblərindən  biri, 

politoloqların  “renta  üçün  təqib”  (bax:  şəkil  ___)  adını  qazanmış,  resurslar 

uğrunda münaqişələrin yaranmasının mümkünlüyüdür. İqtisadi renta, yəni re-

sursun dəyəri və onun hasilat xərcləri arasında fərq, təbii resurslar olan zaman 

adətən çox böyük olur. Nəticədə isə özəl sektorların nümayəndələr və ya siyasi 

aktivistlər bu rentanı ələ keçirmək üçün siyasi mexanizmlərdən istifadə etmək 

tamahına məruz qalırlar. Bu sahədə payların son dərəcə yüksək olduğunu nəzərə 

alsaq, özəl sektorun nümayəndələrinin, həm də onlarla iş birliyinə daxil olan 

hökumət məmurlarının iştirak etdikləri “renta üçün təqib” oyunu vəziyyəti ağır-

laşdırır və müəyyən münaqişələrə gətirib çıxara, ən kəskin hallarda isə vətəndaş 

müharibəsi ilə nəticələnə bilər. Anqola, Kolumbiya, Nigeriya və ya Sudan kimi 

neft ilə zəngin olan ölkələrin ərazisində vətəndaş müharibələri onilliklərlə da-

vam edib. 

Neft hasil edilən ölkələrdə vətəndaş müharibələrinin yaranma ehtimalı, neft 

ehtiyatlarına malik olmayan dövlətlər ilə müqayisədə daha yüksəkdir

18

. Almaz 


sərvətlərinin mövcudluğu, 1990 – 1999-cu illərdə almaz ehtiyatları ilə zəngin 

olan  ölkələrin  iqtisadi  inkişafına  mənfi  təsir  göstərdi;  məhz  ona  görə  ki,  bu 

ölkələrdə, sözügedən resursların mövcud olmadığı başqa ölkələr ilə müqayisədə, 

silahlı münaqişələr daha çox baş verir

19

.

17



 Elə orada.

18

 Humphreys, M. 2005. Natural Resources, Conflict and Conflict Resolution. Journal of 



Conflict Resolution 49: 508-537.

19

 Olsson O. Diamonds Are a Rebel’s Best Friend // The World Economy. 2006. Vol. 29, No 8. 



P. 1133-1150.


360


Yüklə 28,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin