Fesil-12. indd



Yüklə 28,04 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix02.01.2022
ölçüsü28,04 Mb.
#1971
1   ...   5   6   7   8   9   10   11   12   ...   43
Göstərici 

Dövr  

Aşağ 

gəlirli 

ölkələr 

Aşağ orta 

gəlirli ölkələr 

Yüksək orta 

gəlirli ölkələr 

Adambaşna düşən ümumi milli gəlir  

(Atlas, valyuta ABŞ $) 

2009 


494.5 2276.3 

7480.3 


Adambaşna düşən ümumi milli gəlir 

(alclq qabiliyyəti pariteti, cari 

beynəlxalq valyuta ABŞ $) 

2009 


1156.5 4703.6 

12494.9 


İnsan inkişaf indeksi (HDI

2010 


0.39 0.58 

0.71 


İnsan inkişafnn qeyri-gəlir üzrə indeksi   2010 

0.46 


0.62 

0.74 


Yoxsulluğun adambaşna düşən səviyyəsi 

(%  əhali, 1.25 ABŞ dollar) (baza ili, 

düzəlişsiz) 

2000-2007  52.4 27.1 

5.2 

Mənbə: World Bank, Human development report 2011 



352

Səhiyyə.  Orta-gəlirli  ölkələrdə  səhiyyə  sisteminin  xidmətləri  həm  dövlət, 

həm də özəl xidmətlər sistemi tərəfindən təqdim olunur. Orta hesabla bu ölkələrdə 

səhiyyə xərcləri ÜDM-in 6%-ni təşkil edir. Şərqi Avropanın bəzi dövlətləri is-

tisna olmaqla, ölkələrin əksəriyyətində tibbi xidmətlərin nağd pulla ödənilməsi 

payı  (“out-of-pocket”)  yüksəkdir  və  bu  göstərici  ümumi  səhiyyə  xərclərinin 

ortadan səviyyədən az gəlirli ölkələrdə 50%-ni, orta səviyyədən yuxarı gəlirli 

ölkələrdə isə 35%-ni təşkil edir. 

Səhiyyə xidmətlərinin ödəniş formaları regionun coğrafi yerləşməsindən və 

mədəni mənsubiyyətindən asılı olaraq dəyişir. Müxtəlif yanaşmaların tətbiqi ilə 

səhiyyə sistemlərinin çoxsaylı islahatları indi də sınaqdan keçirilməkdədir. Eyni 

zamanda, maliyyələşmə sistemlərinin xüsusiyyətləri bir çox məqamlarda hər bir 

regionun və ölkənin tarixi şəraiti və institusional inkişaf mərhələsi ilə təyin edi-

lir.

Regional  fərqlərə  baxmayaraq  orta-gəlirli  ölkələr  səhiyyə  sisteminin 



maliyyələşməsi üzrə oxşar prioritetlərə malikdir: ümumi əhatə dairəsi, maliyyə 

müdafiəsi və effektivliyinin təminatı

7

. Səhiyyə sistemlərinin inkişaf prioritetlərini 



formalaşdıran əsas çağırışları bunlardır: demoqrafik və epidemioloji vəziyyət ilə 

əlaqədar xərclərin artması, yeni texnologiyaların meydana çıxması; həddən artıq 

nağd pul ödənişləri; səhiyyənin qeyri-effektiv maliyyələşmə sistemi, həmçinin 

bütövlükdə səhiyyə sisteminin qeyri-effektivliyi. Orta-gəlirli ölkələrdə QİÇS və 

vərəmin yayılması kimi təhlükələr də mövcuddur. Belə ki, bütün dünyada vərəm 

xəstəliyinin 47 faizi Hindistan və Çinin payına düşür.



Mənbə: W

World Developpment Indicattors, 2011. 

Financing health in middle-income countries http://siteresources.worldbank.org/INTHSD/



Resources/topics/Health-Financing/HFRChap8.pdf


353

Məşğulluq.  Orta-gəlirli  ölkələrdə  iş  yerləri  yaradılmadan  iqtisadi  artımın 

baş  verməsi  hələ  də  aktual  problemdir.  Bu  isə  onunla  əlaqəlidir  ki,  ölkələr 

ümumiyyətlə işə düzəlmə imkanlarını formal sektora genişləndirmək iqtidarında 

deyil. Bu, hər şeydən əvvəl, gənclər üçün böyük bir problemdir və onlar üçün işə 

düzələ bilməmək ehtimalı əhalinin yerdə qalan hissəsi ilə müqayisədə üç dəfə 

yüksəkdir. 2012-ci ildə Asiya və Sakit Okean ölkələrində gənclər arasında işsiz-

liyin proqnozlaşdırılan səviyyəsi 10.2% təşkil etmişdir. Bundan başqa, 2010-cu 

ildə regionda təxminən 1.1 milyard işçi həssas məşğulluq kateqoriyasında ol-

muşdur.

İşsizlik  problemi  dünya  əhalisinin  sayının  artması  ilə  get-gedə  daha  da 

ağırlaşır. Yəni hətta işsizlik səviyyəsini xarakterizə edən göstərici stabil qalsa 

da, əslində işsizlərin mütləq sayı artmaqdadır. Bundan əlavə, statistika işsizlik 

dərəcəsini əhalinin əmək fəaliyyətinə yararlı olan hissəsindən faiz kimi hesab-

layır və əhalinin qocalmasını nəzərə alaraq, get-gedə daha çox insan bu kate-

qoriyaya daxil olunmur. Bu isə o deməkdir ki, işləyən hər bir insanın öhdəsinə 

daha  çox  insan  düşür  və  bu  isə  öz  növbəsində  müvafiq  olaraq  əhalinin  gəlir 

səviyyəsini aşağı salır.


Yüklə 28,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin