Natamam islahatlar proqramı. Bir çox orta-gəlirli ölkələrdə islahatlar
prosesi hələ başa çatmayıb. Hətta nisbətən daha sürətlə genişlənən iqtisadiyyat-
larda ümumi rifah artımı və orta sinifin genişlənməsi çox zaman ölkənin daha az
inkişaf etmiş regionlarında ana və uşaq ölümü üzrə faiz göstəricilərinin yüksək
səviyyəsi, doyunca qidalanmama və səhiyyə xidmətlərinə kifayət qədər çıxışın
olmaması ilə müşayiət olunur. Beləliklə, məsələ yalnız iqtisadi artımın təmin
edilməsində və gəlir səviyyəsinin qorunub saxlanılmasında deyil. Əsas çağırış
ondan ibarətdir ki, iqtisadi artımdan nə qədər insanın faydalanması və orta gəlir
səviyyəsinin arxasında nəyin dayandığı müəyyən edilsin. Başqa sözlə desək, is-
lahatların gündəliyində səsləndirilməsi zəruri olan əsas məsələ -- ölkənin öz in-
kişaf problemlərinin öhdəsindən necə gəldiyi deyil, insanların bu problemlərin
öhdəsindən necə gəlməsidir.
Bərabər və dayanıqlı artımın təmin edilməsi Minilliyin İnkişaf Məqsədlərinə
nail olunmasımda ləngimələrin daha tez-tez müşahidə olunduğu orta gəlir
səviyyəsindən aşağı gəlirli ölkələrdə xüsusilə aktualdır. Bu ölkələr xarici şokla-
ra daha çox məruz qalır ki, bu da əhalinin əksər hissəsinin yenidən yoxsulluğa
düşməsinə səbəb ola bilər.
Haşiyə 1
BMT-də aparılan geniş müzakirələrə baxmayaraq, orta-gəlirli ölkələrin
iştirakına dair Birləşmiş Millətlərin hərtərəfli strategiyasını konkret olaraq
müəyyən edən heç bir siyasi çərçivə sənədi hələ ki, mövcud deyil. Baş As-
sambleyanın 66-cı iclasında Birləşmiş Millətlər Təşkilatının üzv-dövlətləri
Baş Katibin 2011-ci il üçün hesabatında əks olunmuş orta-gəlirli ölkələr
ilə əməkdaşlığın inkişaf etdirilməsi haqqında təklifləri nəzərə almış və bu
ölkələrin dəstəklənməsini təsdiq edən qətnamə qəbul etmişdir. 2012-ci ilin
yanvarında BMT-nin altı qurumunun İcraçı Şuralarının Birgə Yığıncağının
orta-gəlirli ölkələr ilə Birləşmiş Millətlər arasında iş birliyi üçün razılaşdırıl-
mış çərçivə konsepsiyasının inkişaf etdirilməsi ilə bağlı müzakirələrə töhfə
verəcəyi gözlənilirdi.
Dostları ilə paylaş: |