Resurslara çıxışın ədalətsiz qiyməti. Xüsusilə neft və qaz kimi faydalı
qazıntıların hasilatı külli miqdarda sərmayə qoyuluşunu tələb edən və get-gedə
daha da mürəkkəbləşən texnoloji prosesdən ibarətdir. Buna görə də ölkələrin
resurslarına malik olan hökumətlər və təbii resursların əldə edilməsinə son
dərəcə maraq göstərən və iri maliyyə vəsaitlərinə malik olan, habelə iqtisa-
diyyatın bu sektorunda böyük iş təcrübəsi olan səriştəli beynəlxalq transmilli
şirkətlər arasında əməkdaşlığın aparılması tələb olunur. Lakin təbii resursların
hasilatı ilə məşğul olan şirkətlər (bir qayda olaraq, əcnəbi şirkətlər) və təbii
resursların sahibi olan ölkələr arasında maraqların qaçılmaz ziddiyyəti möv-
cud olur: birincilər öz ödənişlərini minimal səviyyəyə salmaq arzusundadır,
ikincilərə isə onları maksimuma yüksəltmək lazımdır
14
. Bir çox hallarda bu,
belə bir qeyri-standart vəziyyətin yaranmasına gətirir; təsəvvür edin: alıcı –
beynəlxalq neft şirkətidir və əslində satılan məhsulun dəyərini daha yaxşı bi-
lir və satıcı – zəngin resurslara malik ölkənin hökumətidir. Belə olan halda,
şirkətlər hökumətlər ilə müqayisədə daha çox güclü danışıqlar mövqeyində
olmaq məcburiyyətinə düşürlər. “Qəbul edən ölkə” ciddi problem ilə rastlaşır:
o, beynəlxalq korporasiyalar ilə ümumi dil taparaq razılaşma əldə etməlidir
və nəticədə nisbətən az-çox ədalətli saziş imzalanmalıdır. Əlbəttə ki, lazımi
təcrübəyə və kifayət qədər maliyyə vəsaitlərinə malik olan bir neçə korpora-
siyanın mövcud olduğu hallarda onlar arasında rəqabət yaranır ki, bu da öz
növbəsində eskpertiza ilə bağlı rentanın azalması və ya tam götürülməsinə
gətirib çıxarır; bu isə təbii resurslar ilə zəngin olan ölkəyə öz resurslarının ba-
zar qiymətinin daha əhəmiyyətli payını əldə etməyə imkan verir. Amma təbii
resurslara malik olan ölkələr həmişə belə rəqabətin yaranmasına bel bağlaya
bilməzlər
15
.
Dostları ilə paylaş: |