Fesil-12. indd


Korrupsiyaya nəzarətin səviyyəsi



Yüklə 28,04 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix02.01.2022
ölçüsü28,04 Mb.
#1971
1   ...   12   13   14   15   16   17   18   19   ...   43
Korrupsiyaya nəzarətin səviyyəsi.

(2000-ci il üçün, 0-dan (ən az) 100-ə qədər rəqəmlərlə göstərilib)

Hətta  demokratik  dövlətlərdə  hökumətlərin  təbii  resursları  özəlləşdirdiyi 

halda belə, onlar bu resurslara görə natamam bazar qiymətlərini əldə edirlər. Ha-

silat sənayesində ixtisaslaşan şirkətlər, hər şeydən əvvəl çalışırlar ki, resursların 

əldə edilməsi üçün ödənişləri minimuma endirsinlər. Buna görə də, onlar bü-

tün vasitələrdən istifadə edirlər ki, iş birliklərin onların maksimal olaraq xeyirli, 

hökumətlər üçün isə ziyanlı olsun. Bir qayda olaraq, bu hədəfə siyasi vasitələr 

ilə nail olmaq mümkün olur (məs. müəyyən siyasətçilərin seçki kampaniyala-

rına və dövlətin özəl sektor ilə ittifaqının başqa formalarına ianələrin verilməsi 

kimi). Bundan başqa, təbii resurslar üçün rentaya daxil olmanın satışının büdcə 

kəsirlərinin ixtisara salınmasının nisbətən sadə üsul hesab edilməsinə baxmaya-

raq, bu tez-tez uzağı görməyən sazişlərin bağlanılması və rüşvətxorluqda əlbir 

16

 Elə orada.




359

olma kimi hallara gətirib çıxarır. Birləşmiş Ştatların administrasiyası büdcəni 

doldurmaq  üçün  ölkənin  təbii  resurslarını  praktik  olaraq  bir  neçə  dəfə  ucuz 

qiymətə  satıb.  Məsələn,  vaxtilə  Ronald  Reyqan,  sürətləndirilmiş  hərrac  satış-

larının  keçirilməsi  yolu  ilə    neft  hasilatı  lisenziyaların  “yanan”  qiymətlər  ilə 

satışını təşkil edib. Bu isə qiymətlərin aşağı düşməsinə və hökumət üçün bö-

yük itkilərə gətirib çıxardı. Hasilat sahələrdə fəaliyyət göstərən korporasiyalar 

həmçinin  şəffaflığın  məhdudlaşdırılmasında  maraqlıdırlar;  çünki  ölkənin  təbii 

resurslarının əvəzində hökumətin hansı gerçək məbləğləri əldə etməsi ilə bağ-

lı vətəndaşların informasiyaya girişini əngələ salmaq onlara sərfəlidir. Bundan 

başqa, əksər hallarda, neftçıxarma korporasiyaları, dövlətin ətraf mühitə vurulan 

ziyanın  azaldılmasına  və  korporasiyaların  təbiətə  vurulan  ziyana  görə  cərimə 

ödəməsinə yönəlmiş normativ aktlarının yumşaldılması ilə bağlı stimullara ma-

lik olurlar.

17


Yüklə 28,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin