Fesil-12. indd



Yüklə 28,04 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix02.01.2022
ölçüsü28,04 Mb.
#1971
1   ...   20   21   22   23   24   25   26   27   ...   43
“Holland xəstəliyi”. Təbii resursların iqtisadi inkişafa təsirinin digər müm-

kün kanalı, “holland xəstəliyi” kimi adlandırılan sindromdur. Sözügedən sind-

rom, 1959-cu ildə Şimal dənizində nəhəng qazın yatağının aşkar edilməsi ilə Ni-

derland Krallığının sənaye sektorunda baş vermiş tənəzzül ilə əlaqələndirilir. O 

zaman belə bir təəssürat yaranırdı ki, təbii qaz hasilatının artması ilə Hollandiya 

sənayesi daha çox tənəzzülə uğrayırdı. Hətta 1980 və 1990-cı illərin əvvəllərində 

neft “şokları” nəticəsində enerji resurslarlarına qiymətlərin şiddətli dərəcədə art-

ması, sanki sənayedə tənəzzülü daha da sürətləndirirdi. O vaxtdan bəri bu effekt 

bir neçə dəfə təkcə Hollandiyada, həm də başqa ölkələrdə müşahidə olunub. Xü-

susi olaraq, 1970-1980-ci illərdə neftə yüksək qiymətlərinin birinci onilliyində, 

onun istehsalı Norveçdə demək olar ki,  təxminən 7 dəfə, Böyük Britaniyada 

təxminən iki dəfə artdı; sənaye istehsalı Norveçdə demək olar ki, dəyişməz qal-

41

 О. Васильева. Накопление человеческого капитала и изобилие природных ресурсов. 



http://institutiones.com/general/2042-nakoplenie-chelovecheskogo-kapitala-i-izobilie-

prirodnyx-resursov.html 

42

 Gylfason T. Development and Growth in Mineral-Rich Countries // CEPR Discussion Paper. 



2008. No 7031; Birdsall N., Pinckney T., Sabot R. Op. cit.

43

 О. Васильева. Накопление человеческого капитала и изобилие природных ресурсов.




369

dı, Böyük Britaniyada isə aşağı düşdü.

“Holland xəstəliyinin” iqtisadi baza mexanizmi çox sadədir: təbii resursla-

rın ixracından daxil olan xarici valyuta daxilolmalarının kəskin şəkildə artması, 

eləcə də xarici investisiyaların hasilat sahələrinə axınının artması, milli valyuta 

məzənnəsinin  real  mübadilə  kursunun  artımına  gətirir.  Bu  isə  öz  növbəsində, 

iqtisadiyyatın  başqa  sahələrində  istehsal  edilən  malların  ixracını  çətinləşdirir; 

belə ki, onlar əcnəbi mallara ilə müqayisədə daha başa gəlir. Eyni zamanda, milli 

valyutanın real mübadilə məzənnəsinin artması nəticəsində daxili bazarda isteh-

lakçılar üçün idxal edilən mallar daha ucuz başa gəlir. Nəticə etibarı ilə iş adətən 

ona gəlib çatır ki, qeyri-resurs sektorunun bir sıra mallarının istehsalı demək olar 

ki, mümkünsüz olur (buna “xərclərin effekti” deyilir).

Digər tərəfdən, təbii resursların hasilatına əsaslanan yeni və çox gəlirli iq-

tisadiyyat sektoru, başqa iqtisadiyyat sektorlarının resurslarını “dartıb çıxarır” 

(və ya onları sıxışdırır). Digər sözlə, kapital faiz dərəcəsinə yüksələn təzyiqlə, 

iş qüvvəsi isə əmək haqqının dərəcələrinə yüksələn təzyiqlə cəlb edilir (resurs-

ların yerdəyişmə effekti). Nəticədə daxili bazarda bu resurslara olan qiymətlər 

qalxır, iqtisadiyyatın qeyri-resurs sektorlarında fəaliyyət göstərən istehsalçıları 

öz məhsullarının dəyərini yüksəltmək və istehsalı azaltmağa vadar edir, çünki 

xərclər get-gedə böyüyür.

Beləliklə, təbii resursların intensiv hasilatı, iqtisadiyyatın digər, ənənəvi ix-

racat  sektorlarına  ziyan  verməklə,  iki  daxili  yarımbölmə  –  hasilat  sektoru  və 

qeyri-ticarət  sektoruna,  yəni  xarici  bazara  çıxmayan  mallar  sektoruna  üstün-

lük verən mexanizmi işə salır. Hollandiyaya gəlincə, ziyana məruz qalan sek-

tor - sənaye istehsalı sektoru oldu. İnkişaf edən ölkələrdə əksər hallarda kənd 

təsərrüfatı məhsullarının istehsalı “resurs lənətinin” qurbanına çevrilirlər.

Struktur yerdəyişmələrə görə, yeni faydalı qazıntı yataqlarının kəşf edilməsi 

də  iqtisadiyyata  neqativ  təsir  göstərə  bilər.  Resursların  istənilən  formada  bir 

sahədən digərinə “axması”, işçilərin təkrar ixtisaslaşdırılması ilə bağlı yeni iş 

yerlərinin tapılması, kapitalın yenidən strukturlaşdırması və s. kimi amillərdən 

irəli gələn əlavə xərclər ilə nəticələnir. Əgər istehsal sektoru uzun müddət iqtisa-

di artım mənbəyi kimi xidmət edibsə (məsələn, yeni texnologiyaların işlənib ha-

zırlanması və tətbiqi, işçi qüvvəsinin ixtisasının artırılması hesabına), bu zaman, 

həmin sektorun tənəzzülü mütləq qaydada bütün ölkə miqyasında iqtisadi artım 

templərinə mənfi təsir göstərəcək

44

.



Təbii  resursların  iqtisadiyyata  mənfi  təsirinin  daha  bir  kanalı  –  ölkədə 

bərabərsizliyin  artmasıdır.  İqtisadiyyatın  emal  sənayesi,  kənd  təsərrüfatı  kimi 

sektorlarının  ixrac  gəlirləri  bir  qayda  olaraq,  hasilat  sektorunun  gəlirləri  ilə 

müqayisədə daha bərabər bölünürlər. Bu səbəbdən, faydalı qazıntıların hasilatı 

44

 Sachs, J. and A. M. Warner. 1995. Natural Resource Abundance and Economic Growth. 



NBER Working Paper No. 5398.


370

ilə bağlı sahələrin inkişafı əksər hallarda ölkədə bərabərsizliyin artmasına gətirib 

çıxarır. Hər halda, “holland xəstəliyi” sindromu, gələcək xoşagəlməz hadisələr 

haqqında qabaqcadan xəbər verir: hasilat sektorunun inkişafı gec-tez yavaşıya-

caq  və  belə  olduğu  halda,  iqtisadiyyatın digər,  vaxtilə  çiçəklənən sektorlarını 

bərpa etmək çox çətin olacaq

45

.


Yüklə 28,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin