Fesil-12. indd


Bəs “resurs lənətindən” necə qurtulmaq olar?



Yüklə 28,04 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix02.01.2022
ölçüsü28,04 Mb.
#1971
1   ...   23   24   25   26   27   28   29   30   ...   43
Bəs “resurs lənətindən” necə qurtulmaq olar? İqtisadiyyatında təbii re-

sursların üstünlük təşkil etdiyi ölkələr, digər bərabər şərtlər ilə, iqtisadi artımın 

daha  aşağı  templəri  ilə  səciyyələnirlər.  Adətən  “resurs  lənəti”  kimi  adlandı-

rılan bu fakt, təbii resursları ilə zəngin olan, inkişaf dövrünü yaşayan ölkələr 

üçün səciyyəvi olan bir sıra problemlərin mövcudluğu ilə izah olunur. Lakin, 

xoşbəxtlikdən, əsla belə hesab etmək lazım deyil ki, təbii resurslar ilə zəngin 

olan, inkişaf edən ölkələr taleyin hökmünə atılırlar. Problem və onun səbəbləri 

haqqında anlayışa malik olmaqla, biz lazımlı məlumatları zərrə-zərrə toplaya və 

buna əsasən “resurs lənətini” “xeyir-duaya” və maddi rifaha çevirə bilərik. Axı 

təbii resursların mövcudluğu, təhsilin, investisiyaların və uzunmüddətli iqtisa-

di inkişafın əsas mənbəyi olan institutların inkişafının maliyyələşdirilməsi üçün 

geniş imkanlar yaradır. Bundan başqa, iqtisadçılar tərəfindən çoxillik təcrübəyə 

əsaslanan müəyyən ümumi ölçülər təklif edilir və bu ölçülər “resurs lənətindən” 

yaxa qurtarmaq üçün kifayət qədər faydalı olur. 

Yadda  saxlamaq  lazımdır  ki,  “resurs  lənəti”  –  resursların  bolluğunun 

nəticəsində deyil, bu resursları idarə edən zəif institutlar, mülkiyyət və nəzarət 

strukturları, xüsusilə də dövlət tərəfindən idarə edilən və ya ona aid olan mono-

poliyalar nəticəsi sayılır

48

.

46



 Elə orada.

47

 Aghion P., Bacchetta P., Ranciere R., Rogoff K. Exchange Rate Volatility and Productivity 



Growth: The Role of Financial Development // CEPR Discussion Paper No 5629. 2006.

48

 OECD. (2008). Natural Resources and Pro-Poor Grows. Paris: Organization for Economic 



Cooperation and Development (OECD).


372

Bu  səbəbdən,  resurs  lənətindən  qaçmaq,  bir  çox  məqamlarda  dövlət 

idarəçiliyinin  keyfiyyəti  məsələsidir  və  institutların  keyfiyyətin  artırılma-

sı vəzifəsi, bu işdə mühüm rol oynaya bilər. Bu isə neftdən və misdən önəmli 

dərəcədə asılı olan iqtisadiyyata malik Norveç və Çili kimi təbii resurslar ilə 

zəngin  ölkələrin  nümunələri  ilə  təsdiq  edilir.  Bu  ölkələr,  resurslardan  asılı 

olan  ölkələrin  iqtisadiyyatında  iqtisadi  qeyri-sabitlik  tendensiyasına  əks  təsir 

göstərmək  üçün  xüsusi  olaraq  işlənib  hazırlanmış  aktiv  yanaşmaların  qəbulu 

yolu ilə davamlı artım və iqtisadiyyatın inkişafının nail olmaq məqsədi ilə neftə 

və mis bumundan istifadə etməyə müvəffəq oldular. Onlar tərəfindən təşəbbüs 

edilmiş ölçülərin arasında bu tədbirlər var idi:

•  Maliyyə xərclərinin məhdudlaşdırılması və büdcələrin balansda saxlanıl-

ması (bu isə inflyasiyanın qarşısını almağa imkan verdi);

•  Gələcək nəsillər üçün resurs fondlarının yaradılması (harada ki, resurs-

lardan əldə edilən gəlirlərə beynəlxalq səviyyədə qoyulur);

•  Bölüşdürülməmiş büdcə gəlirinin insan kapitalına (təhsilə), infrastruktu-

ra və innovasiyalara sərmayə qoyulması;

•  Onların iqtisadiyyatının diversifikasiyası üçün siyasətin qəbulu (xüsusilə 

Norveçdə),  o cümlədən az inkişaf etmiş, resurslardan asılı olan sahələrdə kiçik 

və orta yerli müəssisələrin inkişafını stimullaşdıran yanaşmalar daxil olmaqla;

•  “Ağıllı”  institutların  təmin  edilməsi,  o  cümlədən  yüksək  keyfiyyətli 

vətəndaş  xidməti  və  korrupsiyanın  aşağı  səviyyəsi,  əsaslandırılmış  requlyativ 

bürokratiya, etibarlı mülkiyyət hüquqları, müstəqil məhkəmə və qərarların qəbul 

olunması sistemində şəffaf tarazlaşdırıcı qüvvələr

49

.

Resurs lənətindən yaxa qurtarmağın digər vacib şərtlərindən biri, iqtisa-



diyyatın bir sıra strategiyaların köməyi ilə diversifikasiya edilməsidir: seçilmiş 

qeyri-xammal  sənayelərinə  investisiyaların  stimullaşdırılması;  bütün  qeyri-

xammal sənayelərinin xeyri naminə infrastruktur və təhsil sahəsinə investisiya-

ların qoyulması; əhalinin resurs sərvətlərinə daha bərabər girişini təmin etmək 

üçün büdcə gəlirlərinin yenidən paylaşdırılması; maliyyə sisteminin inkişafı 

və onun xammalın satışı və başqa mənbələrdən əldə edilmiş vasitələrin iqtisa-

diyyatın bütün sahələrinə cəlb edilməsi üzrə effektiv təsir göstərən vasitəçiyə 

çevrilməsi

50



Bütövlükdə  dünya  təcrübəsi  təsdiq  edir  ki:  hətta  renta  yönümlü  davranı-



şa güclü stimullar olduğu halda belə, insan kapitalı və infrastruktura maliyyə 

vəsaitlərini qoymaqla, iqtisadiyyatın bütün seqmentləri üzrə xammal gəlirlərinin 

49

 Havro, G., and Santiso, J. (2008). To benefit from plenty: Lessons from Chile and Norway. 



OECD Development Centre, Policy Brief № 37.

50

 Сергей Гуриев, Александр Плеханов, Константин Сонин. Экономический механизм 



сырьевой модели развития. Вопросы экономики, №3, 2010.


373

effektiv  bölgüsü  üçün  institutlar  və  maliyyə  sektorunu  inkişaf  etdirməklə  və 

stabilləşdirmə  fondlarını  və  ya  milli  rifah  fondlarını  yaratmaqla,  iqtisadiyyatı 

diversifikasiya etmək mümkündür. Bu fondlar, inflyasiyanın azaldılması, mak-

roiqtisadi volatilliyin aradan qaldırılması, resurs rentasının müdafiəsi və onun 

şəffaf  və  effektiv  istifadəsinin  təmin  edilməsi  məqsədi  ilə  təbii  resurslardan 

əldə edilən gəlirlərin böyük hissəsini toplaya bilər. Bunun üçün hökumət zəruri 

tədbirlərin aydın və dəqiq konsepsiyasına malik olmalı, şəffaflığı və qərarların 

qəbul  olunması  prosesinin  məsuliyyətini  təmin  etməli  və  bütün  əlaqədar 

tərəfləri, o cümlədən vətəndaş təşkilatları və beynəlxalq cəmiyyəti bu prosesə 

cəlb etməlidir.

Effektiv dövlət idarəçiliyi və resurs lənətindən yaxa qurtarma, siyasi iradə, 

potensial,  hakimiyyətin  bölgüsünün  məsləhətçi  və  açıq  mədəniyyətini  tələb 

edir. Son dərəcə əhəmiyyətlidir ki, təbii resurslar ilə zəngin olan ölkələr və bu 

ölkələrdə fəaliyyət göstərən şirkətlər təbii resursları effektiv və ədalətli əsaslar 

ilə istismar etmək, təbii resursların satışından əldə edilən gəlirlərin öz məqsədləri 

üçün deyil, cəmiyyətin ümumi rifahı üçün istifadə edilməsinə yönəlmiş çətin və 

cəsarətli qərarları qəbul etmək üçün onlardan asılı olan hər bir işi görsünlər. Yal-

nız belə yanaşma olduqda, resurslar lənət deyil, ölkə əhalisi üçün maddi rifaha 

çevrilə bilər.




Yüklə 28,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin