Şəkil 2: Azərbaycanın rəqabətədavamlılığının 12 əsas atributunun
Malayziya (effektiv-idarə olunan) və Avstirya (innovasiyalı idarə olunan)
ilə müqayisəli sxemi
Mənbə: The Global Competitiveness Report 2011-2012 by World Economic Forum.
12.3.1. Orta-gəlirli ölkələr qrupuna yüksəlmə
ÜDM artımı və yoxsulluğun azaldılması. Müstəqillik dövründə
Azərbaycanın iqtisadiyyatı istisnasız olaraq digər keçmiş SSRİ ölkələri kimi
müəssisələrin təsərrüfat fəaliyyətinin aparılmasının daxili və xarici şərtlərinin
kəskin dəyişikliyindən şok keçirdi.
1996-cı ildə Azərbaycan Hökuməti istehsal həcmlərinin azalmasını da-
yandırmağa və onun cüzi artımını (1,3%) təmin etməyə müvəffəq oldu. Son-
rakı illərdə isə, iqtisadi artım templərinin əhəmiyyətli dərəcədə sürətlənməsi
müşahidə olundu. 1998-ci ildən başlayaraq, müşahidə olunan yüksək artım
templəri, 2005-ci ildə islahatdan qabaqkı ÜDM səviyyəsini 10%-dən də çox
yüksəltməyə imkan verdi. 2005-2007-ci illər kifayət qədər uğurlu iqtisadi artım
templəri ilə müşayiət olundu – həmin dövrdə müvafiq olaraq 26,4%, 34,5% və
25,1% artım əldə olunmuşdu.
İqtisadiyyatın bərpa olunması və onun artım templərinin sürətlənməsində in-
kişaf etmiş ölkələrin böyük şirkətləri ilə neft və qaz hasilatı üzrə birgə fəaliyyət
haqqında 20 sentyabr 1994-cü ildə bağlanmış müqavilələr əhəmiyyətli rol oyna-
dı. Bu, neft və qaz sürətli inkişafına güclü təkan verdi.
376
Müstəqillikdən əvvəlki təsərrüfat münasibətlərinin qırılmasından yaranan
itkilərin nəticəsində artıq 1996-cı ildə adambaşına düşən ÜDM iki dəfədən də
çox azalmışdı. Həmin ildən başlayaraq qeyd edilmiş iqtisadi artımdan sonra
adambaşına düşən ÜDM göstəricisi tədricən bərpa olunmağa başladı və 2005-ci
ildə artıq 1991-ci ilin səviyyəsinə çatdı (şəkil 3). 2000-2010-cu illəri əhatə edən
dövr ərzində Azərbaycan gəlirlərin əhəmiyyətli dərəcədə artmasına nail olma-
ğı və adambaşına düşən gəlirlərin yuxarı sərhədində duran ölkələrin qrupuna
keçməyi bacardı.
Dostları ilə paylaş: |