Təbii resursların ixracından daxil olan gəlirlərin volatilliyinin ikinci mənbəyi,
zaman ərzində onların hasilatı səviyyəsində baş verən dəyişikliklərdir. Bir qayda
olaraq, təbii resursların hasilat həcmi istismarın ilk bir neçə ili ərzində pik həddə
çatır, amma daha sonra, ehtiyatlar tükənən ərəfədə, hasilat həcmi də aşağı enir
ki, bu da onların satışından daxil olan gəlirlərin səviyyəsinə təsir etməyə bilməz.
371
İqtisadçılar neft resursları ilə zəngin olan ölkələrdə makroiqtisadi qeyri-
sabitliyin daha bir səbəbini gətirirlər
46
. Birincisi, belə bir risk mövcuddur ki,
makroiqtisadi vəziyyətin volatilliyi, bütövlükdə ölkədə, ələlxüsus da neft hasi-
latı regionlarında siyasi qeyri-sabitlik kimi amilin nəticəsində daha da dərinləşə
bilər. İkincisi, volatillik səbəbini neft istehsal edən şirkətlər və hökumətin ara-
sındakı razılaşmanın xarakterində axtarmaq lazımdır. Xüsusi olaraq, əgər neft
şirkətləri ilk bir neçə il ərzində neft çıxartmadan əldə edilən gəlir vergilərindən
azad olunursa, maliyyə yığımları isə dövlətin gəlirlərinin əsas mənbəyi sayılırsa,
neft şirkətləri üçün vergilərin tətbiqi gəlirlər səviyyəsində böyük sıçrayışa səbəb
olmalıdır.
Təbii resursların satışından daxil olmalar və müvafiq qeyri-stabil mak-
roiqtisadi vəziyyət, iqtisadi artım templərinə neqativ təsir edən bir sıra
problemlərin yaranmasına gətirib çıxara bilər. Onlardan ən vacibləri bundan
ibarətdir ki, risk get-gedə güclənir və uzunmüddətli planlaşdırma çətinləşir;
investorlar isə çox dəyişkən iqtisadi mühitdə layihələrdən imtina edə bilərlər
47
ki, bu da öz növbəsində iqtisadiyyatın qeyri-resurs sektorlarının inkişafını da-
yandıracaq.
Dostları ilə paylaş: