sərvətlərin hasilatı ilə bağlı olmayan sektorlara yatırılan sərmayələrdən asılı olan
prosesinin ayrılmaz tərkib hissəsini təşkil edir. Belə ki, əgər tanrının bəxş etdiyi
təbii resurslar ölkənin sərvətinin mənbəyi kimi xidmət edirsə, ixtisaslaşdırılmış
iş qüvvəsinin yaradılmasına qoyulan investisiyalar cari gəlirlərin əldə edilməsinə
sözsüz ki, ehtiyac olmur. Əgər ölkə rəhbərliyi sərvətin yaradılması və inkişafın
davamlılığı ətrafında səylərin birləşdirilməsinin zəruriliyini anlamırsa, o, insan
hesab edirlər; və buna görə “məsuliyyət” səviyyəsi, analizin hansı ərazilər üçün
Ross M. Does Oil Hinder Democracy? // World Politics. 2001. Vol. 53, No 3. P. 325-361.
Как избежать ресурсного проклятья. Под редакцией Макартена Хамфриса, Джеффри
367
keçirilməsindən asılı olaraq, 11%-dən 25%-ə qədər qiymətləndirilir
37
.
Aparılan tədqiqatlar göstərir ki, resurslarla zəngin olan ölkələrdə, investisi-
ya qoyuluşunun bütün üsullarından ən çox təhsilə sərmayə qoyuluşları “əziyyət
çəkir”
38
. Təbii resurslar ilə zəngin olan ölkələr, gəlir səviyyələrinə görə müqayisə
edilə bilən, lakin təbii resurslar ilə zəngin olmayan ölkələr ilə müqayisədə təhsilə
əldə edilən gəlirlərin ən az hissəsini xərcləyirlər. Bu isə onunla izah olunur ki, bir
tərəfdən, təbii resurslar ilə zəngin olan ölkələr, ixtisaslaşdırılmış əməyə tələbat
nisbətən daha az olur; ona görə ki, hasilat sektorunun inkişafı, satılmayan əmtəə
sektorları kimi, bir qayda olaraq, ixtisaslaşdırılmış işçi qüvvəsinə əhəmiyyətli
tələbat yaratmır. Nəticə etibarı ilə, ən yaxşı təhsil nəticəsində yaranan gəlirlərdə
mükafat daha az
39
olur ki, bu da ev təsərrüfatlarının insan kapitalına investisiya-
larına stimullarını aşağı salır.
Digər tərəfdən, bir halda ki, dövlət təbii resurslar qismində öz sərvətlərinə
güvənirsə, o, təbii resurslar tükəndikdən sonra iqtisadiyyatın digər sektorları
dəstəkləyə bilən, hərtərəfli inkişaf etmiş və ixtisaslaşmış işçi qüvvəsinə tələbatın
olması ilə münasibətdə “unutqan” olmağa meyllidir.
Renta gəlirlərinin yüksək dəyişkənliyi və bundan irəli gələn makroiqti-
sadi və siyasi qeyri-sabitlik də elitaların insan kapitalının toplanılması üçün
şəraitlərin yaradılmasına olan stimullarını aşağı salır. Qeyri-sabitlik siyasi və
işgüzar elitanı gələcək gəlirləri cari gəlirlərdən əhəmiyyətli dərəcədə aşağı kimi
qiymətləndirməyə məcbur edir, deməli, qısa müddət ərzində gəlirlərin maksi-
muma yüksəldilməsi üçün qərarların qəbul olunmasına ilkin zəminlər yaradır
40
.
Təhsilə sərmayələrin qoyulması bir qayda olaraq, uzun müddət tələb edir ki,
əvvəlcədən onlar tərəfindən şərtləndirilən müsbət effekt nəzərə çarpan olsun;
deməli, təhsil və ya daha geniş anlamda desək, insan kapitalı, cazibədar sərmayə
qoyuluşu sferası deyil. Nəticədə bir çox hallarda təhsilə ayrılan milli gəlirin
payı enir, uşaqların (ələlxüsus qızların) məktəb təhsili ilə əhatəsi azalır, təhsilin
keyfiyyəti isə aşağı düşür. Hərçənd ki, təbii resurslar ilə zəngin olan ölkələrdə,
qısamüddətli perspektivdə bu proseslərin iqtisadi inkişafa təsiri demək olar ki,
37
Papyrakis E., Gerlagh R. The Resource Curse Hypothesis and its Transmission Channels //
Journal of Comparative Economics. 2004. Vol. 32, No 4. P. 181 – 193; Papyrakis E., Gerlagh
R. Resource Abundance and Economic Growth in the United States // European Economic
Review. 2007. Vol. 51, No 4. P. 1011 - 1039.
38
Gylfason, T 2001. Natural Resources, Education, and Economic Development. .European
Economic Review 45 (4-6): 847-859.
39
Birdsall N., Pinckney T., Sabot R. Natural Resources,
Human Сapital, and Growth //
Resource Abundance and Economic Growth / R. M. Auty (ed.). Oxford: Oxford University
Press, 2001. P. 57-75.
40
Auty R. M., Gelb A. H. Political Economy of Resource Abundant States / Paper prepared for
the Annual Bank Conference on Development Economics, Paris, June 2000; Gaddy C., Ickes
B. Op. cit.; Ross M. L. Op. cit.
368
nəzərə çarpmır, amma nəticə etibarı ilə, təhsilə qənaət, mütləq şəkildə ölkə iqti-
sadiyyatının diversifikasiyasına başlamaq cəhdlərinin kəsilməsinə gətirib çıxa-
rır.
Bəzi iqtisadçıların fikrincə, resurslardan asılı olan bir çox ölkələr
41
üçün
səciyyəvi olan bərabərsizlik
42
və həqiqi dəyərindən çox yüksək olan milli val-
yuta məzənnələri də insan kapitalının toplanılmasına öz mənfi təsirini göstərir.
Cəmiyyətin ifrat dərəcədə təbəqələrə bölünməsi ona gətirir ki, əhalinin ən kasıb
təbəqələri, əmək bazarının təhsil üçün yüksək mükafatlar təklif etdiyi halda belə,
insan kapitalına sərmayə qoymaq imkanlarına malik olmurlar. Yüksəldilmiş
milli valyuta məzənnələri isə xarici bazarlarda onların iqtibas edilməsinə daha
ucuz edir ki, bu da renta gəlirlərinin artması ilə yanaşı ölkəyə ucuz kapital
axınının gücləndirilməsinə gətirir çıxarır; deməli, kapital intensivliyinə malik
müasirləşdirmə üçün stimullar yaranır. Başqa sözlə, ucuz fiziki və maliyyə kapi-
talı əməyə və insan kapitalına olan tələbatı aşağı salır.
Qeyd etmək vacibdir ki, resurs bolluğu və insan inkişafının keyfiyyəti ara-
sında əlaqə, resurs bolluğu və institutların keyfiyyəti arasında əlaqə kimi eyni
dərəcədə “şərti lənət” sayılır; yəni, resursların bolluğunun insan kapitalının
keyfiyyətinə təsiri sonuncunun keyfiyyətinin ilkin xüsusiyyətləri ilə təyin edilir.
Əgər ölkədə faydalı qazıntı yataqlarının kəşf edilməsinə qədər insan kapitalı-
nın ilkin səviyyəsi yüksəkdirsə, onda bu, təbii resursların mövcudluğundan irəli
gələn mənfi effekti aşağı salır. Bundan başqa, orta hesabla təhsilə doqquz ildən
də çox vaxtın sərf olunduğu ölkələrdə, təbii resursların bolluğundan əldə edilən
müsbət effekt mənfi effektləri üstələyir
43
.
Dostları ilə paylaş: