Fesil-12. indd


Sülhpərvərlik və neft hasilatı üzrə qlobal indeks



Yüklə 28,04 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix02.01.2022
ölçüsü28,04 Mb.
#1971
1   ...   14   15   16   17   18   19   20   21   ...   43
Sülhpərvərlik və neft hasilatı üzrə qlobal indeks 

(2011-ci il üçün)

Renta uğrunda mübarizə ilə bağlı daha bir neqativ amil, təbii sərvətlərin hasil 

edildiyi regionların narazılığının güclənməsi ilə bağlıdır. Təbii resursların hasi-

latı prosesi öz-özlüyündə zorla köçürülmələr, yeni, yerli olmayan sakinlərin axı-

nına, əhali sıxlığının çoxalmasına və nəticə etibarı ilə ətraf mühitin çirklənməsi 

və məhv olmasına gətirib çıxarır. Əgər yerli şəraitdə  dəyişikliklər minimaldır-

sa, resurslar ilə zəngin olan regionlar elə güman edə bilərlər ki, onlar bu təbii 

sərvətlər üzərində xüsusi hüquqlara  malikdirlər və onların regiondan ölkənin 

başqa yerlərinə çıxıb getməsi ilə bağlı qüssə-kədər içində olurlar. Bəzi ölkələrdə 

bu separatist tələblərə, bəzi hallarda hasilat regionlarında gücləndirilmiş etiraz 

meyllərinə, ya da bilavasitə mərkəzi hakimiyyətin devrilməsi ilə bağlı cəhdlərə 

gətirib çıxara bilər (bu vəziyyət Konqo Respublikasında baş vermişdir)

20

.

Münaqişələr və vətəndaş müharibəsinin yaranma təhlükəsi halları xüsusilə o 



hallarda artır ki, zəngin resurslar ilə bol olan dövlət, zəif dövlət idarəçiliyinə malik 

olur və bu dövlətdə qanunauyğunluq çatışmır. Qeyri-stabil cəmiyyətlərdə resurs 

gəlirləri sosial birliyi əhəmiyyətli dərəcədə dağıda, vətəndaş qarşıdurmaları və si-

lahlı münaqişələrin ehtimalını artıra bilər

21

. Beynəlxalq cəmiyyətin belə ölkənin 



resurslarına böyük maraq göstərdiklərini nəzərə alaraq, xarici oyunçular dövlətlər 

və ya korporasiyaların simasında, yeni rejim xüsusi münasibətlərin qurulmasına 

ümid  bəsləyərək,  mərkəzi  hakimiyyəti  təhdid  edən  insanları  dəstəkləmək  kimi 

20

 Englebert, P. and J.Ron. 2004. Primary Commodities and War: Congo-Brazzaville's 



Ambivalent Resource Curse. Comparative Politics 37 (1): 61-81.

21

 Ross M. A Closer Look at Oil, Diamonds, and Civil War // Annual Review of Political 



Science. 2006. Vol. 9. P. 265-300.


361

məsələləri özləri üçün sərfəli addım kimi qiymətləndirə bilər. Xarici qüvvələr tez-

tez çox həyasızcasına neft resurslarını və onlarla bağlı pul axınlarını ələ keçirmək 

üçün neft hasil edən dövlətlərin daxili siyasətlərinə qarışırlar

22

.


Yüklə 28,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin