12.2. Resurslar ilə təminat: təbiətin lənəti, yoxsa xeyir-duası?
Neft və qaz kimi faydalı qazıntıların yeni yataqlarının tapılması insanlarda
bir qayda olaraq varlanma və iqtisadi artım haqqında optimist ümidlərə səbəb
olur, lakin təcrübə onu göstərir ki, çox zaman belə sərvətlər balanslı və davamlı
inkişaf üçün imkanlar deyil, problemlər yaradır. Nə qədər paradoksal görünsə
də, uzunmüddətli perspektivdə zəngin təbii resurslara malik olan ölkələrin artım
göstəriciləri adətən adambaşına düşən gəlirlərin ilkin səviyyəsinə görə oxşar olan
kasıb ölkələrə nisbətən daha pis vəziyyətdə olur. Bu mövzu ilə əlaqədar səngimək
bilməyən mübahisələrə baxmayaraq, hal-hazırda iqtisadi artım problemləri haq-
qında ölkələrarası müqayisəli tədqiqatların nəticələrinə əsaslanan bir konsensus
formalaşır: zəngin resurslara malik olan ölkələr kasıb ölkələr ilə müqayisədə
daha az müvəffəqiyyətlə inkişaf edirlər
9
.
Təbii resursların hər hansı ölkənin üstünlüyündən çox “lənəti” olması haq-
qında fikirlər hələ XX əsrin 80-ci illərində yaranmağa başlamışdı. “Resurs
lənəti” termini ilk dəfə 1993-cü ildə ingilis iqtisadçısı Riçard Auti tərəfindən
istifadə edilmişdi
10
. O göstərmişdi ki, uzunmüddətli dövr ərzində resursla-
rın bolluğu iqtisadi inkişafı stimullaşdırmaq əvəzinə onu ləngidə bilər
11
. “Neft
embarqosu”nun müəyyən edilməsi və 1974-cü ildə neftin qiymətlərinin kəskin
artmasından etibarən iki onillikdən artıq dövr ərzində xammal ixracatının ən bö-
yük payına malik olan ölkələrin müvafiq payı az olan ölkələr ilə müqayisədə
daha ləng inkişaf etdikləri müəyyən edildi. Xüsusən, Neft İxracatı Ölkələri
Təşkilatına (OPEC) daxil olan ölkələrdə adambaşına düşən ÜDM göstəricisi il
ərzində orta hesabla 1,3% aşağı düşürdü, halbuki digər inkişaf edən ölkələrdə
eyni göstərici orta hesabla illik 2%-dən də çox artırdı.
Öz tədqiqatlarında C. Saks və E. Uorner 1971-1989-cu illərin statistik
8
Economic and social survey of Asia and the pacific: Pursuing shared prosperity in an era of
turbulence and high commodity prices, UNESCAP, 2012.
9
Сергей Гуриев, Александр Плеханов, Константин Сонин. Экономический механизм
сырьевой модели развития. Вопросы экономики, №3, 2010.
10
Auty R. Resource Abundance and Economic Development. Oxford: OUP, 2001.
11
Qeyd etmək vacibdir ki, “resurs lənəti” iqtisadiyyatın strukturunun iqtisadi artım templərinə
mənfi təsiridir, iqtisadi inkişafın səviyyəsi deyil. O, iqtisadi artım templərinə mənfi təsirin
səbəbi kimi təbii resursların mövcudluğuna deyil, milli iqtisadiyyatda onlara üstünlük
verilməsinə işarə edir.
356
məlumatlarına əsasən bu tezisi təsdiq etmişlər: onlar müəyyən etdilər ki, bu dövr
ərzində xammal ixracatının ən böyük payına malik olan ölkələr müvafiq payın
az olduğu ölkələr ilə müqayisədə daha ləng inkişaf etmişlər
12
. Bundan əlavə,
korrelyasiya əlaqəsi kifayət qədər böyük idi: ixracda resursların payının 10 bənd
azalması, il ərzində artım templərinin 1 bənd artmasına səbəb olur.
Dostları ilə paylaş: |