Neft hasilatçıları olan ayrı-ayrı ölkələrdə insan inkişafı indeksi
Əlbəttə, buradan əsla belə bir nəticə çıxarmaq lazım deyil ki, təbii resurslar
ilə zəngin olan bütün ölkələr iqtisadi inkişafın aşağı templərinə və öz inkişafın-
da daha az təbii resurslara malik olan ölkələrdən geri qalmağa məhkumdurlar.
Davamlı inkişafa yönəlmiş yüksək səviyyəli idarəetmə və uzunmüddətli plan-
laşdırma sayəsində təbii resurslar ilə zəngin olan ölkələrin bəziləri digərlərindən
qat-qat yaxşı inkişaf edirlər. İnsan potensialının inkişaf indeksi (İPİİ) zəngin
resurslara malik ölkələrdə əhalinin rifahının dəyişkənliliyin yüksək dərəcəsini
nümayiş edir
13
. Xüsusi olaraq iri neft istehsalçısı olan Norveç, İPİİ üzrə dün-
yada aparıcı yerlərdən birini tutur. Bu göstərici üzrə nisbətən daha yüksək
reytinqlər də Bruney, Argentina, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt
kimi neft hasilatı ölkələrinə aiddir. Neft hasil edən bir çox ölkələr İPİİ üzrə
çox aşağı göstəricilərə malikdir. Xüsusilə, Ekvator Qvineyası, Qabon, Kon-
qo, Yəmən, Nigeriya, Anqola və Çad Respublikası dünyada İPİİ üzrə ən aşağı
göstəricilərə malik ölkələr siyahısına daxildir.
12
Sachs J., Warner A. Natural Resource Abundance and Economic Growth // NBER Working
Paper No W5398. December 1995; Sachs J., Warner A. Fundamental Sources of Long Run
Growth // American Economic Review Papers and Proceedings. 1997. Vol. 87, No 2. P. 184-
188.
13
Human Development Report, 2005.
357
Nə üçün dövlətlər zəngin təbii resurslara malik olmalarına baxmayaraq,
adətən onları iqtisadi inkişaf templərinin sürətləndirilməsi və əhalinin rifahı-
nın yaxşılaşdırılması üçün istifadə edə bilmir?
İqtisadçılar təbii resursların ixracatçılarının üzləşə biləcəyi və bu ölkələrin
sürətli inkişafına mane ola bilən bir sıra “tələləri” artıq müəyyən etmişlər.
Dostları ilə paylaş: |