Resurs bolluğu və demokratiya. Resursların bolluğuna malik olan ölkələrdə
korrupsiyanın yüksək səviyyəsi və dövlət institutlarının zəifliyi ölkənin siyasi
sisteminə də neqativ təsir göstərir. Zənginlər təbii resurslara – xüsusən də neft
və qaza malik olan ölkələr, demokratik siyasi sistemə malik olmağa bir o qədər
də meylli deyillər. Ölkələr arasında aparılan tədqiqatların nəticələri göstərir ki,
ölkədə təbii sərvətlər nə qədər çox olarsa, demokratik rejimin olması şansı bir o
qədər də az olur
33
. Neft sərvətlərinə sərbəst daxilolma ölkə başçısına müxalifəti
müvəffəqiyyətlə “yatırtmağa” və ya ələ almağa və bununla da seçki rəqabətinin
gedişatında hakimiyyəti itirmək təhlükəsindən qaçmağa imkan verir
34
.
Tədqiqatçıların fikrincə, neft sərvətlərinin bolluğu və demokratikləşdirmə
sahəsində müvəffəqiyyətin yoxluğu arasında asılılıq neftçıxarma ölkələrinin üç
özəl xüsusiyyəti ilə izah olunur. Birincisi, hökumətlər öz siyasi hakimiyyətlərini
vergi yığmaq hüququna dəyişmək kimi ehtiyacları hiss etmirlər; belə ki, onlar
başqa mənbələrdən gəlirlər əldə edə bilərlər. İkincisi, onlar siyasi hakimiyyət
üçün təhlükə və təhdid mənbəyi sayılan qüvvələrin yatırılması üçün istifadə
edilən güc aparatını maliyyələşdirə bilərlər. Və nəhayət, üçüncüsü, bu dövlətlərin
vətəndaşları, sənayeləşdirmənin milli sənayenin inkişaf etdiyi ölkələrdə qanuna-
uyğun şəkildə demokratikləşdirmə uğrunda mübarizəyə gətirib çıxaran köklü
dəyişikliklərin aparılması effektlərinin təsirinə daha az meylli olurlar
35
.
Dostları ilə paylaş: |