Matrisli printerlər (şək. 1.5.3.7). Bu printerin iş mexanizmi 1964-cü ildə Yaponiyanın Seiko Epson şirkəti tərəfindən ixtira edilib. Çap iynəciklərdən ibarət matrislər vasitəsi ilə həyata keçirilir. İynələr lazım olan simvola uyğun şəkildə düzülür və rəngli lent vasitəsi ilə simvollar kağızın üzərinə vurulur. Çap olunan məlumatın keyfiyyəti matrisdə olan iynələrin sayından asılıdır. Standart olaraq 9,12,14,18 və 24 iynəli matrislər mövcuddur. Bu printerlər maddi cəhətdən sərfəli olduğuna görə hal-hazırda da işlədilir.
Şək. 1.5.3.7.
Matrisli printerlərin işinin məhsuldarlığı saniyədə çap olunan işarələrin miqdarı, sayı ilə qiymətləndirilir (cps-characters per second). Matrisli printerlərin rejimləri bunlardır: draft-qaralama çap rejimi, normal-adi çap rejimi və NLQ (Near Letter Quality) rejimi, sonuncu rejim çap makinasının keyfiyyətinə yaxın, çap keyfiyyətini təmin edir.
Dostları ilə paylaş: |