1.5.3. Perferiya qurğuları
Qrafiki informasiyaları daxil etmək üçün skanerlər, qrafiki planşetlər (dicitayzerlər) və rəqəmli fotokameralar adlanan qurğulardan istifadə edirlər. Skanerlər bir neçə modifikasiyada istehsal olunur:
Planşetli skanerlər. Planşetli skanerlər (şək. 1.5.3.1) şəffaf (aydın) və qeyri-şəffaf (tutqun) vərəqdən qrafiki informasiyaları daxil etmək üçün nəzərdə tutulmuşdur.
Şək. 1.5.3.1.
Bu qurğuların fəaliyyət prinsipi ondan ibarətdir ki, materialın səthindən əks olunmuş (və ya aydın materialın içərisindən keçən) işıq şüası xüsusi elementlərlə qeyd olunurlar. Qeyd edək ki, planşetli skanerlərin köməyilə kağız üzərindəki mətnləri də daxil etmək olur. Bu halda mətnin qrafiki obrazı kompyuterə daxil olunur və bundan sonra xüsusi OCR (optik simvolların oxunması) proqramı vasitəsilə qrafiki obraz elektron mətnə çevrilir. Planşetli skanerlərin əsas parametrləri bunlardır:
skanerə etmə imkanı (skanerə etmə zamanı bir düymdəki nöqtələrin miqdarı);
məhsuldarlıq;
dinamik diapazon (dinamik diapazon təsvirin daha işıqlı sahələrin parlaqlığının daha tutqun sahələrin parlaqlığına nisbətinin loqarifmi ilə təyin olunur);
skanerə olunan materialın maksimal ölçüsü.
Ofis işlərində istifadə edilən planşetli skanerlərin skanerəetmə imkanı tipik göstəricisi: 600-1200 dpi (dpi-dots per inch-bir düymdə olan nöqtələrin miqdarı) aralığıdır.
Əl skanerləri. Əl skanerlərinin (şək. 1.5.3.2) iş prinsipi əsasən planşetli skanerin iş prinsipinə uyğun gəlir. Fərq onunla bağlıdır ki, skanerləşmənin müntəzəmliyi və dəqiqliyi qeyri-qənaətbəxş təmin olunur. Əl skanerinin, skanerəetmə imkanı 150-300 dpi-dən ibarətdir.
Şək. 1.5.3.2.
Dostları ilə paylaş: |