Fəsil 2 Kompüter texnikası və şəbəkələr



Yüklə 1,04 Mb.
səhifə23/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   19   20   21   22   23   24   25   26   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

Şəbəkə platası

Şəbəkə platası (şək. 1.5.2.12) kompyuter və şəbəkə kabeli1 arasında inter­feys rolu oynayır və aşağıdakı funksiyaları yerinə yetirir:



  • İnformasiyanın ötürülməsinə hazırlıq;

  • İnformasiyanın ötürülməsi;

  • İnformasiya axınının idarə olunması.

Şək. 1.5.2.12.


Məlumdur ki, informasiya kompyuterdə ikilik say sistemində kodlaşmış - bitləşmiş formada saxlanılır və 16 və ya 32 tərtibli şin vasitəsilə paralel olaraq kompyuterin daxili qurğularına, məsələn: mikroprosessora, operativ yaddaşa və s. ötürülür. Kabel informasiyanı yalnız ardıcıl ötürmə qabiliyyətinə malik olduğundan informasiyanın ötürülməsinə hazırlıq mərhələsində plata ilk növbədə ötürüləcək informasiyanı paralel formadan ardıcıl formaya çevirir. Sonrakı mərhələdə plata informasiya qəbul edəcək kompyuterin platası ilə "əlaqə" yaradaraq ona aşağıdakı məlumatları çatdırır:

  • Ötürüləcək informasiya bloklarının maksimal ölçüsü

  • İnformasiyanın həcmi

  • İnformasiya bloklarının ötürmə intervalı

  • Təsdiqedici interval

  • Ötürmə sürəti.

Bundan sonra informasiya elektrik və ya optik siqnalına çevrilir və informasiya kabeli vasitəsilə şəbəkənin digər kompyuterinə ötürülür.

Hər bir şəbəkə platası unikal ünvana və parametrlərə malik olur. Şəbəkədə hər bir plata bu haqda qarşılıqlı məlumata malik olur və parametrləri digər şəbəkə platasının parametrinə müvafiq uyğunlaşdırma qabiliyyətinə malikdirlər. Məsələn, şəbəkədə yüksək sürətli plata informasiya mübadilə sürətini digər plataların sürətinə uyğunlaşdırır.

İnformasiya mübadiləsində şəbəkə platası mühüm rol oynadığından şəbə­kənin fəaliyyəti, sürəti platanın seçilməsindən, düzgün quraşdırılmasından və ona uyğun proqram modullarından (məsələn drayverindən) çox asılıdır. Plata ilk növbədə kompyuterin arxitekturasına və ona qoşulacaq kabelə uyğun olmalıdır.

Qeyd edək ki, rabitə xəttlərsiz lokal şəbəkələrdə xüsusi növ şəbəkə platasından istifadə olunur. Bu platalar siqnal ötürücü və qəbuledici antenaya malik olurlar.




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin