Fəsil 2 Kompüter texnikası və şəbəkələr



Yüklə 1,04 Mb.
səhifə19/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   15   16   17   18   19   20   21   22   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

Xarici yaddaş qurğusu. Xarici yaddaş qurğusu kimi sərt maqnit disklərin­dən (Hard Disk Drive (HDD)) və ya vinçestrdən1 (şək. 1.5.2.7) istifadə edirlər.

Şək. 1.5.2.7.

Sərt disklər operativ yaddaşı nəzərə almasaq, yaddaş qurğuları içərisində, verilənlərə ən tez girişi (adətən 7-20 milli saniyə) və onların ən sürətli (5 Mbayt/ saniyə) oxunmasını və yazılmasını təmin edən qurğulardır. Belə disklərə informasi­ya xüsusi texnologiya ilə yazılır. Sərt maqnit disk qurğusu 2-6 maqnit diskindən ibarət olub, möhkəm korpusda saxlanılır. Onun idarə olunması eyniadlı kontroller vasitəsilə həyata keçirilir. Sərt maqnit disklərində əməliyyatlar sistemləri, tətbiqi proqramları, müxtəlif verilənlər də saxlayırlar. Sərt maqnit diskləri kompyuter şəbəkədən ayrıldıqda belə proqram və verilənləri uzunmüddətli saxlayır.

Sərt maqnit diskləri ana lövhəyə qoşulma üsuluna görə aşağıdakı siniflərə bölünür:


  1. SATA interfeysli;

  2. IDE interfeysli (və ya E-IDE interfeysli);

  3. SCSI interfeysli (Ultra SCSI, Ultra II SCSI, Ultra Wide SCSI və s. Inter­feysi ilə).

Sərt maqnit disklər ilk dəfə kompyuterə qoşulduqda formatlaşdırılmalıdır. Bu zaman diskdə və verilənlərin saxlanılması üçün işçi sahə yaradılır. Sərt maqnit diskləri bir-birindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənirlər:

  • tutumu, yəni informasiyanın diskə hansı həcmdə yerləşməsinə görə;

  • tezliyi, yəni informasiyanın diskə hansı sürətlə yazılması və oxunmasına görə;

  • interfeys, yəni sərt diskin qoşula biləcəyi kontrollerlərin tipinə görə.

İnformasiyanın diskdən oxunma/yazılma sürəti kompyuterdə istifadə edilən mikroprosessorun tezliyindən, kontrollerlərin və şinlərin tipindən, həmçinin istifadə edilən sərt maqnit diskinin özündən çox asılıdır. Müasir texnologiya ilə hazırlanmış sərt maqnit disklərində bu parametr 1.3-5 Mbayt/s arasında dəyişir.

Sərt maqnit disklərinin kompyuterdə istifadə olunması kompyuterdən istifadə etməyi həddindən artıq rahat edir. İndiki zamanda sərt maqnit diski olmayan kompyuterlərdən demək olar ki, istifadə edilmir.




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin