Fəsil 2 Kompüter texnikası və şəbəkələr



Yüklə 1,04 Mb.
səhifə20/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   16   17   18   19   20   21   22   23   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

Monitor. Fərdi kompyuterə daxil edilən və oradan oxunan informasiyanı əks etdirmək üçün monitordan (displeydən-“displey” əksetdirmə deməkdir) istifadə edilir. Monitorların idarə olunması fərdi kompyuterlərin daxilində formalaşan rəqəmli videosiqnallarının vasitəsilə baş verir. Qeyd edək ki, monitorda lazımi informasiyanı əks etdirmək üçün kompyuterə daxil olan məlumatları videosiqnal şəklində formatlaşdırmaq lazımdır. Bunun üçün istifadə edilən elektron sxemlərini videokontrollerlər adlandırırlar. Videokontrollerlər əsasən xüsusi elektron lövhə formasında hazırlanır. Əksər hallarda isə kompyuterin daxilində yerləşən ana lövhənin tərkibinə daxil olurlar. IBM tipli kompyuterlərdə istifadə olunan videokontrollerlər iki-mətn və qrafiki rejimdə işləyirlər.

Elektron şüa borulu (CRT – Cathode Ray Tube), maye kristallı (Liquid Crystal Display) monitorlardan istifadə olunur. CRT monitorların (şək. 1.5.2.8) əsas elementi elektron şüa borusudur.



Şək. 1.5.2.8.

Borunun içərisi lyuminofor adlanan materialla örtülüb və içərisində elektron dəstələri vardır. Lyuminofor qatı triadalardan təşkili olunub. Triadalar 3 nöqtədən ibarət elementlərdir. Bu üç nöqtə qırmızı (Red) , yaşıl (Green) və mavi (Blue) rəngi əks edən elementlərdir. Borunun dar ucunda elektron topu (elektronlar mənbəyi) yerləşir. Bunlar şüalar buraxır. Həmin şüalar triadaların üzərinə lazımi intensivlikdə düşərək lazımı rəngi verir. Məsələn, ağ rəngi vermək üçün RGB (255,255,255) olmalıdır, yəni qırmızı, yaşıl və mavi elementlər maksimum intensivliyə malik olur və ağ rəngi verir. Qara rəng üçün RGB(0,0,0)-dir. Beləliklə, hər pikselə bir triada uyğun gəlir və pikselin rəngi triadanın elementlərinə düşən intensivlikdən asılıdır.

Funksional təyinatına görə CRT monitorları hərf-rəqəm və qrafik rejimdə işləyən monitorlara ayrılırlar. Hərf-rəqəm monitorları hərf-rəqəm tipli informasiya­nı əks etdirmək üçündür. Belə monitorun ekranında hər birinin uzunluğu 80 simvol olan 24-25 sətir yerləşdirmək mümkündür. Başqa sözlə, hərf-rəqəm monitorlarının ekranında təxminən 2000 simvolu təsvir etmək olur. İndiki zamanda mətn rejimində işləyən monitorlardan demək olar ki, istifadə olunmur.

Monitorun əsas göstəriciləri ekranın ölçüsü, ekranda təsvir olunan nöqtələrin sayı, təsvirin əks olunmasının maksimal tezliyi və ekranın müdafiə dərəcəsidir.

Monitorda təsvirin yenidən əks olunması bir saniyə ərzində təsvirin tamamilə ekranda təzələnməsi ilə səciyyələndirilir. Əksər hallarda bu parametri kadrların tezliyi də adlandırırlar. Parametr monitorun və videoadapterin xüsusiyyət­lərindən asılı olaraq dəyişə bilər.

Əks olunma tezliyi herslərlə ölçülür. Tezlik artdıqca ekranda təsvir bir o qədər də təmiz alınır. Müasir monitorlarda tezlik 75-100 hers arasında dəyişir.

Ekranın müdafiə dərəcəsi ümumdünya standartlarına (məsələn, MPR-II, TCO, TCO-95 və s.) uyğun təyin edilir.

İstifadə olunma sahələrinə görə monitorlar müxtəlif tənzimedici qurğular ilə təmin edilirlər.

Monitorda əsas göstəricilərdən biri ekranda təsvir olunan nöqtələrin sayıdır. Müxtəlif monitorlarda nöqtələrin sayı müxtəlif olur. Məsələn, adi monitorlarda üfiqi və şaquli istiqamət üzrə nöqtələrin sayı-640x480=307200-ə qədər, profes­sional monitorlarda isə 1600x1280=2048000-ə qədər olur. Rəqəmlərin sayından görünür ki, monitorlarda nöqtələrin sayı milyondan çoxdur. Aydın məsələdir ki, monitorlarda istənilən təsvirin dəqiqliyini artırmaq üçün nöqtələrin sayını tənzimləmək lazımdır. Həmçinin ekranda əks olunan təsvirlərin rənglərinin sayını da tənzimləmək olar, bu rənglər 16-16,8 milyon intervalında ola bilər.

Müasir dövrdə daha çox maye kristal monitorlardan isifadə olunur (şək.1.5.2.9). Bu tipli monitorların ekranları adi elektron saatlar, mobil telefonlar və s. olan ekranlarla eynidir. Bu ekran iki təbəqədən ibarətdir. Həmin təbəqələrin arasında milşəkilli molekullar yəni maye kristallı qarışıqlar vardır. Kristallar işığı polyarizatorlardan keçirirlər. Elektrik cərəyanı mayedən keçəndə kristalları bir istiqamətdə yönəldir. Kristallar işığı polyarlaşdıran müstəvi qatlarını döndərir. Nəticədə işıq buradan keçə bilmir və həmin hissə tünd rəngə boyanır.

Şək. 1.5.2.9.



LCD ekranlarda CRT monitordan fərqli olaraq cəmi 64 rəng çaları yaratmaq mümkündür1. Hər pikseldə 3 element qırmızı, yaşıl, mavi (RGB) olmaqla hər element 64 rəng çaları yarada bilər. Bununla da 64*64*64=262 144 sayda rənglərdən alınan kombinasiyadan birini almaq olar. CRT ekranlarda isə bu kombinasiya 256*256*256= 16 777 216 sayda olur. LCD ekranlarda “təsviri” insan gözünün rahat görməsi üçün parlaqlığı artırmaq üçün elementlər (backlight) yerləşdirirlər.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin