Kompyuter şini və ya sistem şini – prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğularının kontrollerləri arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən naqillər yığımından ibarətdir. Kompyuterin bütün hissələri bir-biri ilə sistem şini vasitəsilə birləşmişdir.
Bütün kontrollerlər kompyuterin daxilində yerləşdirilmiş mikroprosessorlar ilə magistral sistemi vasitəsilə əlaqə yaradır ki, buna da verilənlər şini deyirlər. Verilənlər şini prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğularının kontrollerləri (idarə sxemləri) arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən naqillər yığımından ibarətdir.
İnformasiya mikroprosessora verilənlər şini vasitəsilə ötürülür. Əgər verilənlər şini 8 siqnal ötürən naqildən ibarət olarsa, onda paralel olaraq 8 bit, 16 naqildən ibarət olarsa, 16 bit informasiya göndərmək olar və s.
Prosessorun daxilində və fərdi kompyuterin ana lövhəsində verilənlər şini və ünvan şini mövcuddur. Verilənlər şini ötürücü və yardımçı elementlər sistemi olub, informasiyanın mikroprosessora verilməsi və ondan alınması prosesini həyata keçirir. Verilənlər şini müxtəlif dərəcəliliyə malik olur. Şinin dərəcəliliyinin informasiyanın ötürülmə sürətinə təsir etməsi nəticəsində kompyuterin işləmə sürəti də dəyişir.
Ünvan şini də ötürücü və yardımçı elementlər sistemi olub, fərdi kompyuterin yaddaşında saxlanılacaq və yazılacaq informasiyanın tutduğu sahənin yerini təyin edr. Ünvan şini də dərəcəliliyə malikdir. Ünvan şininin dərəcəliliyi mikroprosessorun müraciət etdiyi yaddaşın tutumuna təsir edir.
İstehsal olunan fərdi kompyuterlərdə iki, bəzi hallarda isə üç verilənlər şinindən istifadə olunur. Kompyuterdə aşağıdakı şinlər istifadə olunur:
IBM tipli fərdi kompyuterlər üçün xüsusi olaraq yaradılmış ISA (Industry Standardt Architecture) şini. Şinin müsbət cəhəti sadə və çox ucuz qiymətə, mənfi cəhəti isə informasiya ötürməsinin aşağı sürətdə olmasıdır.
Yüksək sürətli qlobal EISA (Extended Industry Standard Architecture) şini. Şinin müsbət cəhəti yüksək sürətlə buraxma qabiliyyəti, mənfi cəhəti isə qiymətinin yüksək olmasıdır.
Yüksək sürətli və ucuz qiymətli PCI (Peripheral Component Interconnect bus) lokal şini.
Son zamanlar xüsusi olaraq qrafik materialların ekrana çıxarılmasını sürətləndirmək və mərkəzi mikroprosessoru iş prosesində yükdən azad etmək üçün PCI ilə müştərək funksiya yerinə yetirən AGP lokal şini də istifadəyə buraxılmışdır.
Fərdi kompyuterə əlavə qurğuların (sican, klaviatura, rəqəmli kamera və s.) qoşulmasını sadələşdirmək məqsədilə istifadəçilər USB lokal şinindən də geniş istifadə edirlər.
Dostları ilə paylaş: |