Fəsil 2 Kompüter texnikası və şəbəkələr



Yüklə 1,04 Mb.
səhifə21/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   17   18   19   20   21   22   23   24   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

Videoadapter. Monitorun ekranında alınmış təsviri formalaşdırmaq üçün videoadapterdən (videokartdan) istifadə olunur (şək. 1.5.2.10).

Şək. 1.5.2.10.

Videoadapter mətn və ya qrafik rejimdə işləyə bilir.

Videoadapterin iki növündən istifadə edilir:


  • 16 rəngli 80x25 və ya 80x50 simvolla mətn rejimində və 600x350 və ya 640x480 nöqtələrə qrafik rejimdə, həmçinin 256 rənglə 320x200 nöqtələrlə qrafik rejimdə ekranı təmin edən VGA videokartı;

  • 16 milyon rənglə 640x480 simvollarla müxtəlif rejimlərdə ekranı təmin edən SGVA və ya super VGA videokartı.

Qeyd etmək lazımdır ki, videoadapterin yaddaşını artırmaqla (məsələn, 1 Mbayt-dan 2 Mbayta qədər) rənglərin və simvolların rejimlərə uyğun ekranı təmin etməsini çoxaltmaq olar.

Videoadapter sətirlərarası (Interlaced) və ya sətir-sətir (Noninterlaced) genəltmə rejimlərində işləyə bilir. Sətirlərarası rejimdə monitorun ekranında alınmış təsvir iki kadrla formalaşır. İkinci rejimdə isə təsvir bir kadr vasitəsilə formalaşmış olur. Birinciyə nəzərən monitorun ekranında alınmış təsvir daha aydın və dəqiq olur.

Videokartı səciyyələndirən digər parametr ekranda təsvirin dəyişmə tezliyidir. Bu parametr 50-120 hers tezlik diapazonunda dəyişir. Təcrübə göstərir ki, fərdi kompüterlə işləyən istifadəçinin normal işləməsini təmin etmək üçün, həmçinin onun iş prosesində gözünün yorulmamasını əldə etmək üçün videoadapteri sətir-sətir genəltmə rejimində işlətmək məqsədəuyğundur. Bu zaman kadrların dəyişmə tezliyi 75 hersdən az olmamalıdır. Ümumilikdə isə, 100 Hs tezlik optimal sayılır. Bəzi hallarda videoyaddaşın lazımi səviyyədə tezliyə malik olmaması nəticəsində monitorun ekranında göstərilən təsvir dumanlı şəkildə alınmış olur. Bu isə videokartın lazımi səviyyədə işləməməsinə dəlalət edir.

Videoadapterin müasir proqramlar paketi ilə işləməsi üçün o, mütləq sürətləndirmə funksiyasına malik olmalıdır. Başqa sözlə desək, videoakselerator rolunu ifa etməlidir. Videoadapterin belə rejimdə işləməsi mərkəzi mikropro­sessorun yükünü azaldır, nəticədə kompyuterin işləmə sürəti çoxalır.

Sürətləndirmə funksiyası ikiölçülü (2D) və üçölçülü (3D) sinfə bölünür. İkiölçülü sürətləndirmə rejimi bütün müasir proqramların (ofis paketlərindən tutmuş kompyuter oyunlarına qədər) icra olunma sürətini artırmağa imkan verir. Üçölçülü sürətləndirmə rejimində isə kompyuter oyunları ilə yanaşı, kompyuterdə istifadə edilən stimulyasiya və modelləşdirmə proqramlarının həyata keçirilməsinə şərait yaranır.

İndiki zamanda istehsal olunan müasir videoadapterlər ikiölçülü sürətləndir­mə funksiyasına malikdirlər.




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin