Fəsil 2 Kompüter texnikası və şəbəkələr



Yüklə 1,04 Mb.
səhifə7/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   2   3   4   5   6   7   8   9   10   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

KOMPYÜTERLƏRIN TƏSNİFATI


Kompyuterləri təyinatına, uyğunluq parametrlərinə, ölçülərinə görə təsni­fatlaşdırmaq mümkündür. Kompyuterlərin təyinat üzrə təsnifatı daha geniş kom­pyuterlər sinfini əhatə edən təsnifat formasıdır. Bu təsnifata görə kompyuterlər tətbiq olunma sahələrinə görə qruplaşmışlar. Təyinatı üzrə təsnifat prinsipinə görə kompyuterlər aşağıdakı qruplara bölünür:

  • Superkompyuterlər,

  • Mainfreymlər,

  • Mini-kompyuterlər,

  • Mikrokompüterlər və ya fərdi kompyuterlər.

Superkompyuterlər – çox prosessorlu hesablama sistemidir. İlk superkom­pyuter amerikalı elektronçu-mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yara­dılmışdır. Superkompüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Superkompyuterlərdən aerodinamika, seysmologiya, nüvə fizikasında və s. kimi elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində geniş istifadə olunur. Superkompyuterlərdə çoxsaylı mikroprosessorların paralel işləməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur.

Mainfreymlər çox böyük müəssisələrdə istifadə edilərək, elektron informa­siyanın mərkəzləşmiş saxlanılmasını və paralel işlənilməsini təmin edir. Bu sinif kompyuterlərin istehsalına 1964-cü ildə IBM/360 kompyuterinin istehsalı ilə başlanmışdır və onların əsas istehsalçıları IBM, Amdahl, ICL, Siemens Nixdorf və digər firmalar hesab olunur. Mainfreymlərin IBM 370, IBM ES/9000, Cray 3, Cray 4, VAX-100, Hitachi, Fujitsu VP2000 modelləri geniş yayılmışdır. Bu gün hərbi-sənaye və biznes məlumatlarının 70% mainfreymlərdə emal olunur. Təkcə dünya­nın 25 000 təşkilatında İBM firmasının istehsal etdiyi mainfreymlərdən istifadə olunur.

Müasir mainfreymlər saniyədə on milyardlarla əməliyyat yerinə yetirən, paralel işləyən, 64 tərtibli, bir neçə mərkəzi və periferiya prosessorundan ibarət çox prosessorlu sistemdir. Hesablama əməliyyatı mərkəzi prosessorlarda yerinə yetirilir. Periferiya prosessorları isə çoxsaylı periferiya qurğularını idarə edir. Mainfreymlər çox istifadəçi rejimində fəaliyyət göstərir. Belə ki, mainfreymin əsas blokuna1 terminallar2 qoşulur ki, onlar vasitəsilə qəbul edilmiş 1000-dən artıq istifadəçi məsələsini paralel olaraq eyni zamanda yerinə yetirmək mümkün olur.

Mainfreymlər həddən artıq etibarlı kompyuterlərdir. Onların dayanmadan işləmə müddəti 12-15 il hesab olunur. İnformasiyalar aparat3 və proqram4 vasitələrlə etibarlı qorunur.

Mainfreymlərin istismar xərci və maya dəyəri fərdi kompyuterlərə nisbətən dəfələrlə çoxdur. Onlara xidmət çox saylı ixtisaslı işçi heyət-sistem proqramlaş­dırıcılarından5, tətbiqi proqramlaşdırıcılardan6, mühəndis-texniklər7 və verilənləri hazırlayan operatorlardan8 ibarət kadr potensialı tələb edir. Buna görə də onların istismarı vaxtın optimal bölünməsi prinsipi əsasında həyata keçirilir. Belə ki, daha çox zəhmət tələb edən və uzun sürən hesablamalar, yerinə yetirilən məsələlərin sayı minimum olduğu gecə saatlarına planlaşdırılır. Gündüz vaxtlarında isə mainfreym daha az zəhmət tələb edən çoxsaylı məsələləri çoxistifadəçi rejimində icra edir. Bu rejimdə eyni vaxtda bir neçə məsələ ilə və uyğun olaraq bir neçə istifadəçi işləyir. Kompyuter bu məsələləri paralel olaraq yerinə yetirir.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin