Fəsil 2 Kompüter texnikası və şəbəkələr


III nəsil kompyuterlərin istehsalı



Yüklə 1,04 Mb.
səhifə4/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   2   3   4   5   6   7   8   9   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

III nəsil kompyuterlərin istehsalı. Bu mərhələ 1964-1975-ci illəri əhatə edir. Üçüncü nəsil kompyuterlərin element bazalarını inteqral sxemlər və ya mikro­sxemlər təşkil edir1. İlk mikrosxemlər 1958-ci ildə Cek Kilbi və Robert Noys tərəfindən yaradılmışdır. Mikrosxemlər təqribən 10 мм2 ölçüyə malik olub, on min tranzistoru əvəz etməyə qadirdir. Bu isə kompyuterlərin sürətlə miniatürləşməsini və ucuzlaşmasını təmin etdi. Bununla yanaşı üçüncü nəsil kompyuterlərin məhsul­darlığı kəskin yüksəldi. Artıq kompyuterlərdə 100 kilobaytlarla ölçülən operativ yaddaşlar tətbiq olunurdu, onlar saniyədə 10 milyon əməliyyat yerinə yetirə bilirdi. Miniatürləşmə ilə paralel olaraq kompyuterlərin arxitekturasında köklü dəyişiklik baş verdi. Xarici yaddaş qurğusu olaraq maqnit disklərindən və diski oxuyan qurğulardan - diskovodlardan istifadə edildi. Bir sıra xüsusi təyinatlı kompyuterlər məsələn, kosmik raketlərdə, aviasiyada və gəmilərdə istifadə edilən bortkompyuter­lər meydana gəldi. Bununla yanaşı az - təqribən 4 kilovat enerji sərf edən mini kompyuterlərin istehsalına başlandı. Məsələn, ABŞ-da RDR, VAX mini kompyu­terləri və SSRİ-də isə onların analoqu olan CM-1/2/3/4/1420 və s. istehsal olundu. Mini kompyuterlər sənayedə texnoloji proseslərin idarə edilməsində, məlumat banklarının yaradılmasında və informasiyanın idarə edilməsində geniş istifadə olunurdu. Üçüncü nəsil kompyuterlər seriya şəklində istehsal olunurdu. ABŞ-da İBM 360, SSRİ və Şərqi Avropanın keçmiş sosialist ölkələrində EC seriyalı kompyuterlər istehsal olunurdu.

Üçüncü nəsil kompyuterlərdə ilk dəfə olaraq multi proqram rejimi tətbiq olundu. Bu rejim paralel olaraq bir neçə istifadəçinin proqramının yerinə yetirilmə­sini təmin etdi.




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin