Fəsil 2 Kompüter texnikası və şəbəkələr



Yüklə 1,04 Mb.
səhifə24/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   20   21   22   23   24   25   26   27   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

Klaviatura. Fərdi kompyuter ilə istifadəçi arasında əlaqə yaradan qurğular­dan biri klaviaturadır (şək. 1.5.2.13).

Şək. 1.5.2.13.

Klaviaturanın istənilən düyməsi mexaniki və ya membran tipli miniatür çeviricidən ibarətdir. Çeviricinin vəziyyətinə nəzarəti klaviaturanın daxilində yerləşmiş mikrosxem yerinə yetirir. Mikrosxemin vəzifəsi klaviatura üzərində olan istənilən düymənin basılmasına uyğun məlumatı mərkəzi mikroprosessora göndər­məkdir. Bu məlumat mikroprosessorun daxilində olan əmrlər sisteminin köməyi ilə təhlil edilir.

Adətən, klaviatura üzərində müxtəlif sayda düymələr yerləşdirilir. Məsələn, IBM PC XT markalı köhnə tipli kompyuterlərdə 84/86 düyməli klaviaturadan (müasir dövrdə belə klaviaturadan istifadə edilmir), IBM PC AT markalı müasir tipli kompyuterlərdə isə 102 və ya 104 düyməli klaviaturadan istifadə edilir.

Klaviaturanın müxtəlif modifikasiyalarının hazırlanmasına baxmayaraq, onlar üzərində yerləşdirilən düymələrin funksiyaları demək olar ki, dəyişməz qalır. Düymələrin funksiyalarını dəyişməsi yalnız və yalnız kompyuterin istifadə olunma sahəsinin kompyuterin daxilində olan proqramlar dəstinin dəyişməsi ilə baş verə bilər.

Ümumiyyətlə, klaviaturanın düymələrini 4 qrupa bölmək olar. Birinci qrupa daxil olan düymələr klaviaturanın mərkəzində yerləşir. Onlar hərf, rəqəm və bəzi başqa simvolları kompyuterə daxil etmək üçündür. Məsələn, Shift düyməsini sıxıb saxlamaqla əlifbanın baş hərflərini, həmçinin klaviaturanın birinci qrupuna daxil olan yuxarı registr simvollarını kompyuterə daxil etmək mümkündür. Əgər istifadəçi müəyyən müddət ərzində yalnız baş hərflərlə işləyəcəksə, bu zaman Caps Lock düyməsini sıxmaq kifayətdir. Caps Lock düyməsini sıxdıqda istifadəçi yenidən kompyuterdə əlifbanın kiçik hərfləri ilə işləyə bilər. Bəzi tip klaviaturala­rın üzərində Caps Lock rejimini qeyd edən işıqlı indikator da quraşdırılır (bəzi modellərdə Caps Lock-dan latın əlifbasından digər əlifba kodlaşmasına keçid düyməsi kimi istifadə edilir. Caps Lock baş hərflərin qeyd olunması deməkdir).

İkinci qrup düymələr funksional düymələr adlanır və onlar klaviaturanın yuxarı hissəsində yerləşdirilmişdir. Üzərində F1-F12 yazıları həkk olunmuş düy­mələrin təyinatı xüsusi proqramlarla müəyyən edilir. Bir çox hallarda istifadə edilən sistem proqramlarından asılı olaraq funksional düymələr Ctrl, Alt və Shift düymələri ilə birgə sıxılaraq öz funksiyalarını dəyişirlər.

Üçüncü qrup düymələr kursorun hərəkətini istiqamətləndirmək və ədədi simvollarla işləmək üçündür. Bu qrup düymələr əsasən iki rejimdə istifadə edilir. Birinci rejim rəqəmləri aktivləşdirmə rejimi adlanır (Num Lock rejimi) və bu rejimdə 9 rəqəmdən əlavə dörd hesab əməlinin işarələri kompyuterə daxil edilir. İkinci rejimdən düymələr qrupundan kursoru idarə etmək üçün istifadə olunur. Yəni, düymələri basmaqla həm kursoru idarə edən düymələrin, həm də Insert və Delete düymələrinin yerinə yetirdiyi funksiyalar təkrar edilir. Hər iki rejim Num Lock düyməsini sıxmaqla müəyyən olunur.

Klaviaturanın üzərində yerləşən ←, ↑, →, ↓, Home, End, PgUp və PgDn düymələri kursorun hərəkətini idarə edən düymələr adlanır. Adları çəkilən düymələrdən birini sıxmaqla kursoru istənilən istiqamətdə hərəkət etdirməklə yanaşı, monitorun ekranındakı məlumatı “vərəqləmək” mümkündür. İstifadə məqsədindən asılı olaraq düymələr (həmçinin onların Ctrl, Alt və Shift düymələri ilə kombinasiyaları) bəzən digər funksiyaları da yerinə yetirə bilirlər.

Qeyd etmək lazımdır ki, 102 saylı düymələri olan klaviaturada kursorun hərəkətini idarə edən düymələrlə bir blok üzərində Insert və Delete düymələri də yerləşdirilmişdir.

İstifadəçi kompyuterdə istənilən mətni “redaktə etmək” rejimində işləyirsə, adları çəkilən düymələrdən istifadə etməklə, monitorun ekranındakı mətni vərəqləyə bilər. Bu məqsəd üçün istifadəçi PgUp (Page Up)-“səhifəni yuxarı” və PgDn (Page Down)-“səhifəni aşağı” istiqamətləndirici düymələrdən istifadə edə bilər. Əgər kursoru sətrin əvvəlinə və ya sonuna gətirmək tələb edilirsə, o zaman istifadəçi uyğun olaraq Home və ya End düymələrini basa bilər.

Erqonomik tələbatı nəzərdə tutan xüsusi formalı klaviaturalar - erqonomik klaviaturalar istifadə olunur. Onlardan böyük həcmli informasiyaları daxil etmək üçün nəzərdə tutulan iş yerlərində, məqsədyönlü şəkildə istifadə edirlər. Erqonomik klaviaturalar təkcə mətn daxil edilməsinin məhsuldarlığını artırmır və iş günü ərzində ümumi diqqəti və bir sıra xəstəliklərin (məsələn, bel sütununun yuxarı hissəsinin osteoxondrozunu) ehtimalını, inkişaf dərəcəsini azaldır.

Sistem bloka qoşulma metodlarına görə klaviaturalar simlisimsiz klaviaturalara ayrılırlar. Simsiz klaviaturada informasiya ötürülməsi infraqırmızı şüalarla həyata keçirilir. Belə klaviaturaların adətən fəaliyyət radiusu bir neçə metrdən ibarət olur. Siqnalın mənbəyi isə klaviatura olur.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin