İdarəçiliyin xətti strukturu kimi, funksional strukturun da üstün və çatışmayan cəhətləri var. Üstün cəhətləri aşağıdakılardır. Konkret funksiyanı yerinə yetirməyə məsul olan işçi, yüksək səviyyəli mütəxəssisdir.
Xətti struktur meneceri bir sıra məsələlərin həllindən azaddır.
Proses və hadisələrin proqramlaşlma, formallaşma və standartlaşdırılmasıdır.
İdarəçilik funksiyasının yerinə yetirilməsində, paralellik və təkrarlıq istisna olunur.
İdarəçilik funksionl strukturunun çatışmayan cəhətləri, müxtəlif funksional şöbələrlə daimi əlaqənin çətinliyi, həddən artıq məkəzləşmənin və qərarların qəbulunda proseduranın uzun müddətli olmasıdır. Bu gün hotel biznesində, idarəçiliyin funksional strukturu geniş yayılmış bir sistemdir və orta və iri mehmanxanaların idarəçiliyin təşkilində istifadə olunur. (Şəkil 2.5)
Baş menecer
Digər şöbələr
B-rəhbəri ön büro
A-rəhbəri maliyyə şöbəsi
İşçilər
İşçilər
İşçilər
C-rəhbəri marketing şöbəsi
Şəkil 2.5. İdarəçiliyin funksional strukturu
Funksional şöbələrin menecerləri, xətti menecerlərdən fərqli olaraq, digər şöbələrin işçilərinə rəhbərlik etmək hüququna malik deyillər. Lakin xətti menecerlər, yuxarı səviyyədə duran rəhbərliyin tövsiyyə və tapşırıqlarına diqqətlə yanaşmalıdırlar, çünki bütün personalın rolunu, yuxarı səviyyədə duran rəhbərlik müəyyən edir. Funksional şöbənin meneceri, digər işçiləri işə cəlb etmək üçün, xüsusi tapşırıq ala bilər. Bəzən xətti menecerlər düşünürlər ki, funksional şöbənin işçiləri, qonaqların xidməti ilə əlaqədar, tam işləmirlər və ya əksinə funksional menecerlər, xətti menecerlərin işinə müdaxilə etdiklərinə görə tənqid olunur. Xətti menecerlər, funksional işçilərə lazımi diqqət göstərmədiyinə və onun fəaliyyətini əlaqələndirə bilmədiyinə görə tənqid olunur. Lakin etiraf olunmalıdır ki, bu iki növ struktura daxil olan personalın dəqiq bölgüsünü aparmaq çətindir. Məhz buna görə, bu iki struktur bir biri ilə səmərəli əməkdaşlıq etməli və gördükləri işi qiymətləndirməlidirlər.