Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Beləliklə layihəni həyata keçirən qrup, çarpaz əlaqələrin sərt sistemində fəaliyyət göstərir



Yüklə 445,59 Kb.
səhifə22/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   18   19   20   21   22   23   24   25   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Beləliklə layihəni həyata keçirən qrup, çarpaz əlaqələrin sərt sistemində fəaliyyət göstərir.
Bir qayda olaraq, idarəçiliyin matrisa sistemi müvəqqəti xarakter daşıyır. Layihə başa çatandan sonra qrup buraxılır.
İdarəçiliyin matris strukturu, layihənin həyata keçirilməsinin çevik təşkilatı strukturudur. Matris strukturunun tətbiqi personalın işini əlaqələndirir və hotelin resurslarından optimal istifadə etməyə imkan yaradır.
Matris strukturunun çatışmayan cəhətləri var. Ən başlıcası ikiqat rəhbərlikdir. Əməkdaş eyni zamanda şöbə müdiri və layihə rəhbərinə tabedir. Bu tabeçilik münaqişə vəziyyəti yarada bilər.
Yuxarıda göstərilən, strukturlar, müasir hotellərin idarə olunmasında istifadə olunur. Adətən hotel menecerləri, bu strukturların müvafiq elementlərindən istifadə edərək hoteli idarə edirlər

2.3 Hoteldə baş menecerin rolu.




Mütəxəssislər, hoteli orkestrə, baş meneceri bu orkestrin dirjoru adlandırırlar. Baş menecer hotelin əsas siması olmaqla, böyük səlahiyyətlərə malikdir. Baş menecer, gəminin kapitanı kimi, onun kursunu müəyyən edir. Baş mnecerin üzərinə çox məsuliyyətli vəzifələr düşür. O, hotelin gəlirlə işləməsini və qonaqlara göstərilən xidmətin keyfiyyətli olmasını təmin və təşkil etməlidir.
Baş menecer hotelin şöbələri və orada çalışan hər bir əməkdaş üçün məsuliyyət daşıyır. Hotel biznesinin əsas xüsusiyyətlərindən biri insan amilidir. Baş menecerin mühüm keyfiyyətlərindən biri, mütəxəssis və peşəkarlardan ibarət komanda yaratmaq bacarığıdır.
Baş meecer tabeliyində olan əməkdaşlara elə şərait yaratmalıdır ki, onlar gördüyü işdən zövq alsınlar. Məsələn, “Marriott” şirkətində, şirkət öz əməkdaşlarına nə qədər diqqət və xoş münasibət göstərərsə, onlar da qonaqlarla o cür rəftar edəcəklər devizi geniş yayılıb. “Marriott” şirkəti üçün kadrlar mühümdür və kadrların hazırlığına, təkmilləşməsinə diqqət verilir.
“Four Seasons” şirkətinin yaradıcısı və prezidenti İsidor Şarp öz müvəffəqiyyətini vahid və peşəkar personalın fəaliyyəti ilə əlaqələndirir.
Baş menecer hotelin idarəçilik üsulları, yeni metodların işlənib hazırlanması və qəbul olunmasında mühüm rol oynayır.
Baş menecer əməkdaşlar üçün iş şəraiti yaratmalı və onların istirahətini təşkil etməlidir (yeməyin təşkili, uniforma, istirahət otağı, sanitar qovşağı və.s)
Baş menecerin fəaliyyətində əsas iki amil mühümdür. Bunlar, tələbkarlıq və hotel daxilində və xaricində münasibətlərin qurulmasıdır.
Baş menecer, müxtəlif üsulların köməyi ilə bu funksiyaları həyata keçirir. Baş menecerin, qonaqların qeydiyyatı, nömrəyə yerləşdirilməsi, yeməyi ilə şəxsən maraqlanması qonaqlarda xoş təəssürat və razılıq hissi yaradır.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin