Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Fəsil 3. Menecer tərəfindən qərarların qəbul olunması



Yüklə 445,59 Kb.
səhifə32/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   28   29   30   31   32   33   34   35   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Fəsil 3. Menecer tərəfindən qərarların qəbul olunması.

Menecer, hoteldə qərar qəbul edən əsas simadır. Hoteldə çalışan əməkdaşlar, gündəlik olaraq müxtəlif qərarlar qəbul edirlər, lakin menecerin qəbul etdiyi qərar, hotelin fəaliyyəti üçün mühümdür.


Hotelin effektiv və düzgün idarə olunması, vaxtında qəbul olunan qərarlardan çox asılıdır.
Menecerin əsas uğurlu fəaliyyətindən biri də düzgün qərar qəbul etmə bacarığıdır. Belə ki, menecer bir neçə idarəçilik funksiyasını yerinə yetirir və planlaşdırma, təşkilati, motivasiya və nəzarət funksiyaları ilə əlaqədar, çoxlu sayda qərarlarla üzləşir.Qərar qəbul etmək, menecerin fəaliyyətində yaradıcı prosesdir.
Qərarları, müxtəlif göstəricilərinə görə təsnifat etmək olar. Lakin müəyyən- edici məqam, qərarın qəbul edildiyi şəraitdir. Qərarın qəbul olunması özündə üç mümkün variantı birləşdirir: müəyyənlik, risk və qeyri- müəyyənlik.
Qərarın qəbulu üçün, tam müəyyənlik ideal variantdır. Bu halda, alternativ variantları gözəl bilən menecer qərar qəbul edir, risk yoxdur və nəticənin sonu məlumdur. Məsələn, hotel biznesini yaxşı bilən və investisiya(sərmayə) qoyan mütəxəssis son nəticəni bilir. Biznes planı tərtib edən, iş adamı və ya menecer, hotelin inşası zamanı, bütün alternativ variantları nəzərə alaraq, neçə ildən sonra gəlir götürəcəyini bilir.
Risk şəraitində, menecer qərarın hər bir uğurlu variantını müəyyən edə bilər. Bu vəziyyətdə qərarı qəbul edən menecer nəticənin necə olacağını bilmir. Ancaq öz şəxsi təcrübəsinə və ya intuitiv (duyğu) hissə əsaslanaraq, menecer müxtəlif nəticələri qiymətləndirir.
Məsələn, hotel meneceri hesab edir ki, hoteldə ailəvi qonaqların yaşaması üçün apartment tipli nömrələrə tələbat var. Bu tip nömrələri hazırlamaq üçün sərmayə tələb olunur. Lakin bu məsrəflər bir neçə ildən sonra öz bəhrəsini verəcəkdir. Təbii ki, bu proqnoz məlumatlar əsasında toplanır amma risk amili burada var. Qeyri- müəyyənlik vəziyyətində, qəbul olunan qərarların nəticəsi məlum deyil və səmərəli qiymətləndirmə almaq mümkünsüzdür. Belə şərait, lazım olan informasiyanın olmamasından və alternativ variantların məhdudluğundan yaranır.

a)İdarəçilik qərarlarının təsnifatı


İdarəçilik qərarlarının təsnifatı özündə müxtəlif maraqları əks etdirir. Bunlar təşkilatı, intuitiv və rasional (səmərəli) qərarlardan ibarətdir. Təşkilati qərar menecerin tutduğu vəzifədən asılı olaraq, vəzifəsini yerinə yetirmək üçün bir seçimdir. Təşkilati qərar, hotelin qarşısına qoyduğu məqsədi həyata keçirməkdir.
Təşkilati qərarları iki yerə bölmək olar: proqramlaşdırılan və proqramlaşdırılmayan.
Proqramlaşdırılmış qərar, əvvəlcədən nəzərdə tutulmuş plan üzrə xüsusi ardıcıllıqla həyata keçirilir. Öncədən proqramlaşdırılmış qərarlar mümkün alternativ (variant seçimi) bir qayda olaraq müəyyən olunmuş prosedur çərçivə ilə məhdudlaşır. Proqramlaşdırılmış qərarlar, üstün cəhətlərinə görə daha çox istifadə olunur. Bu, menecer və mütəxəssislərə vaxta qənaət etməyə imkan yaradır və hər dəfə qərarların qəbulu üçün yeni proseduranın hazırlanmasına ehtiyac olmur.
Proqramlaşdırılmayan qərarlar, yeni yaranmış vəziyyətlə əlaqədar, naməlum amillərlə bağlıdır. Belə olan halda qərarların qəbulu, proseduraların hazırlanmasını tələb edir. Məhsulun keyfiyyətini artırmaq və hotelin strukturunu yeniləşdirmək, proqramlaşdırılmış qərarlara aid nümunə kimi göstərmək olar.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin