Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Xidmətdən istifadə edən istehlakçıların hərəkətlərinin təhlili



Yüklə 445,59 Kb.
səhifə71/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   67   68   69   70   71   72   73   74   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Xidmətdən istifadə edən istehlakçıların hərəkətlərinin təhlili.


Proqnozlaşdırma hazırlayan zaman aşağıdakı meyarları nəzərə almaq lazımdır.
1. Əvvəlcədən bronlaşdırma. Belə ki turistlər, adətən korporativ müştərilərdən fərqli olaraq çox-çox əvvəlcədən bronlaşdırmanı aparırlar. Amerika və ya alman turistləri öz səyahətlərini əvvəlcədən planlaşdırırlar, italyan və ispan turistləri isə hər şeyi son ana saxlamaqla yadda qalırlar.
2. Nömrələrin imtinasına meyillilik( gəlməmək). Bəzi şirkətlər və ya qonaqlar öz səyahətlərini ləğv edərək bronlaşdırmadan imtina edir.
3. Mövsümlə bağlı olan səyahətlər. Qonaqlar əsasən hoteldə 1-4 cü günlər arasında qalırlar. Turistlər ( səyahətçilər) isə daha çox beşinci- bazar günləri arasında gəlirlər. Təcrübənin göstərdiyi kimi konfrans təşkilatçıları daha çox may-oktyabr arasında öz tədbirlərini planlaşdırırlar.
4. Qiymət məsələsində həssaslıq. Bəzi millətlərin nümayyəndələri, məsələn, İspanlar, italyanlar və çinlilər təklifləri nəzərdən keçirərkən daha çox qiymətə, amerikanlar və yaponlar isə daha çox keyfiyyətə diqqət ayırırlar.
5. Hoteldə əlavə xidmətlərin göstərilməsi. Turistlər mini –bar, bar və restoranların xidmətlərindən daha az, korporativ müştərilər üçün isə əksinə daha çox istifadə edir. Daha yaşlı müştərilər əlavə xidmətlərə, daha çox meyl edirlər.
Hər hansı bir tarixə uyğun, nömrələrə tələbat və təkliflərin proqnozlaşdırılması, balanslaşdırmanın ən önəmli amilidir. Bu prosses əsasən tarixi bilgilər əsasında qurulur. Aşağıdakı məlumatlar daha dəqiq proqnozlaşdırma aparmaq üçün önəmlidir.
müəyyən bir tarixdə gözlənilən qonaqların gəlişinə uyğun nömrə sayı.
əvvəlcədən bronlaşdırma olmadan (go-show) gözlənilən qonaqların sayı
hoteldə gözlənilən yaşayış müddətinin uzaldılması ( bronlaşdırılmış nömrələrin müəyyən bir tarixə artırılması)
gözlənilən, lakin gəlməyən qonaqların sayı(no-show)
hoteldən çıxan gonaqların gözlənilən sayı (əvvəlcədən planlaşdırılan, rezerv edildiyindən )əvvəlki tarix
göstərilən tarixdə hoteldən çıxan qonaqların gözlənilən sayı



Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin