Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Biznesin genişləndirilməsi və inkişafı



Yüklə 445,59 Kb.
səhifə79/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   75   76   77   78   79   80   81   82   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Biznesin genişləndirilməsi və inkişafı
Daim artan sərbəst maliyyə axını səhmdarlara, kreditorlara və başqa investorlara sahibkarın hotel biznesinin idarə olunmasında səriştəliyini göstərir. Sahibkarıın təcrübəsinə istinad edərək investorlar biznesin genişləndirilməsi üçün kredit verməyə daha çox hazır olurlar və ya nömrə fondunu yeniləşdirərək əlavə servis sahələri yaradırlar. Bir qədər əvvəlki ressesiya(lat.recessus-geri çəkilmə. Bu iqtisadiyatda iki rüb ərzində göstəricilərin aşağı düşməsidir, lakin böhran deyil.) və hotel fəaliyyətinə riskli biznes kimi baxıldığını nəzərə alaraq bank sahibləri və investorlar kreditləşmə qərarı verərkən, diqqəti aşağıdaki bənd üzərində cəmləşdirirlər

  • səlahiyyət: kredit götürənin nüfuzu və nailiyyətləri

  • səmərəliliyi: hotel kreditini ödəyə biləcək mi?

  • kapital: nə qədər kapital qoyulub və qoyulmalıdır.

  • girov qoyula biləcək əmlakın keyfiyyəti: (daşınmaz əmlak, bank hesabları)

  • şərtlər: tərəflər hansı şətləri razılaşdırır.

Pozitiv maliyyə axını, səlahiyyəti və istehsal gücünü göstərərək maliyyə şansını artırır. Maliyyə axınının dəqiq proqnozu sizin vəziyyətinizi və sizə hansı sərmayə qoyuluşunun vacib olduğunu göstərir. Bu da öz növbəsində səmərəli müqavilə şərtlərinə gətirib çıxarır.
Maliyyə axınını necə yaxşılaşdırmaq olar.
Hotel biznesi, yerli qanunvericilik, vergi idarəçiliyinin xüsusiyyətləri və qəbul olunmuş uçot siyasəti baxımından maliyyə axının yaxşılaşdırılması üçün verilən suala cavab tapmaq çətindir. Lakin hər bir operator və sahibkarın izləməli və proqnozlaşdırılmalı olduğu 3 əsas istiqamət mövcuddur.
1. Dövriyyədə olan kapitalın effektiv nəzarəti . Dövriyyədə olan vasitələrin nəzarəti, əlavə işləyən maliyyə axınının optimallaşdırılmasıdır. Əmin olun ki sizin kreditorlara ödənişlərinizi mümkün qədər gec və əlavə xərcsiz ödədiyiniz vaxt, sizin debitorlarınız vaxtında və ya avansla hesablarınızı ödəyirlər. Debitor borclarının vaxtına ciddi nəzarət edin. Təminatçıları yalnız məhsulun keyfiyyəti və göstərilən xidmətə görə deyil, həmçinin ödəmə şərtləri üzrə seçin. Sizin hotelin maliyyə direktorunun əsas və ən vacib vəzifələrindən biri fasiləsiz olaraq 12 ay ərzində yenilənən maliyyə ilinin əvvəli və sonunu əhatə edən balans haqqında illik proqnoz tərtib edilməsi və bu müddətdə gəlir və zərərin hesabatının aparılmasıdır. Bu məlumatlar əsasında avtomatik olaraq mailiyyə axını proqnozu yaranacaq. Bu hotel menecmentinə indidən gələcək əməliyyat tədbirlərindəki zəif yerləri müəyyənləşdirmək imkanı verəcək, və potensial çətinliklər əmələ gələnə qədər lazımi ölçü götürmək imkanı yaradacaq. Həmişə bir an oncəni proqnozlaşdıraraq və təcrübə sayəsində hansı çətinliklərin dövri olaraq əmələ gələcəyini bilərək, siz əvvəlcədən əmələ gələcək problemlərin qarşısını ala bilərsiniz. Qabaqlayıcı tədbir artıq baş vermiş hadisəyə münasibətdən fərqli olaraq, sahibkara böyük itkilər vermədən, istənilən çatışmazlığın öhdəsindən gəlmək imkanı verir.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin