Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Hotel nömrələrinin kvota (norma)üzrə idarə edilməsi



Yüklə 445,59 Kb.
səhifə75/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   71   72   73   74   75   76   77   78   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Hotel nömrələrinin kvota (norma)üzrə idarə edilməsi.

Qeyd etmək lazımdır ki, indiki zamanda bütün hotel biznesi, turizm sahəsinin of –line rejimdə işlədiyi nəzərə alınaraq bu sistem tətbiq edilir. Bu zaman ayrı –ayrı hotellərin bronlaşdırma sistemi bazar tərəfdaşlarının, turoperatorların, kooperasiya və agentliklərin və s. interfeysinə qoşulmadığı nəzərdə tutulur.


Bu gün, hoteldə yerlərin olmasını təsdiqləmək ücün müştərilər hotelə əvvəlcədən sorgu göndərməli və ya müəyyən miqdar nömrələrin olmasına əmin olmalıdır. Bu üsul hotellərdə nömrə fondunun gəlirlərinin idarə edilməsində mühüm amildir.
Məlumdur ki, bir sıra turoperatorlar öz müştəriləri ücün turların təsdiqlənməsi üçün hotellərdə kvot nömrələr ( bloklar) götürməyə üstünlük verirlər. Bir cox iri turoperatorlar öz turist proqramlarını həyata keçirmək ücün əvvəlcədən öz aviadaşıyıcı tərəfdaşlarından blok yerləri alırlar və həmin miqdarda hotellərdə blok nömrələr alırlar. Bu cür topdansatış xidmətləri təklif edən tərəfdaşlarda üstünlük statusu yaranır və sərfəli qiymət hesabına məsrəf xərclərinin azaldılmasına şərait yaradır. Bu zaman hotel nömrələrinə tətbiq edilən kvotun iki üsulu müəyyən edilir.
Birinci halda turoperator müştəri tapıb –tapmamasından asılı olmayaraq, müəyyən olunmuş zaman ərzində, əvvəlcədən hoteldən müəyyən sayda kvot nömrələri almaq öhdəliyi götürür. Başqa sözlə desək, tərəfdaşın maliyyə məsuliyyəti hotel ilə müqavilə imzalandıgı andan qüvvəyə minir.Bu halda turoperator tərəfindən alınan hotel nömrələrinin satılmasında müəyyən risk oldugu nəzərə alınaraq, bu cür blok yerlər ücün qiymət nisbətən aşagı olur ki, bu da öz növbəsində operatoru cəlb edir.
İkinci halda, hotel özü tərəfdaşları arasında müəyyən qədər nömrələrini bölüşdürür və müəyyən olunan və əvvəlcədən razılaşdırılmış vaxta qədər, tərəfdaş nömrələri təsdiqləyənə qədər onu saxlayacagına zəmanət verir . Əgər bu baş vermirsə, bu zaman müddəti başa çatdıqdan sonra, hotel göstərilən nömrələri açıq satışa çıxara bilər. Belə ki, tərəfdaş ücün nömrələrin sərbəst satışa cıxarılmasında heç bir risk qalmadıgından, bir qayda olaraq, onun əldə edəcəyi qiymətlər də adi müqavilə qiymətlərindən fərqlənmir. Buna baxmayaraq, heç bir halda , hotel onların qiymətini qaldıra bilməz. Beləliklə, kvotaların bölüşdürülməsinə düzgün yanaşma hotelin gəlirlərinin artması ücün uzunmüddətli, əvvəlcədən hazırlanmış tədbirdir. Bu halda “ düzgün “ yanaşma aşagıdakıların həyata kecirilməsində mühümdür.
* yüksək aktivlik günlərində kvotanın azaldılması, nömrələrin sərbəst satışa çıxarılması ilə eyni vaxtda həyata kecirilməsi ;
* yüksək aktivlik tarixlərində kvota satışlarına nömrə tariflərinin artırılması ;
* il ərzində tarix ilə bağlı ( black out dates ) günlərin keşirilməəsi (əsasən, şəhərdə sərgilər və tədbirlər keçirilən dövr ), bu hotelin əvvəlcədən müqavilə qiymətləri ilə təklif etdiyi yerə aid edilir;
* birtərəfli qaydada satılmamış kvota nömrələrinin ləğvi haqda bəyannamə verilməsi ( bir qayda olaraq , əlavə nömrələr tələb edən iri həcmli sifarişlərin təsdiqləndiyi təqdirdə ), amma bir cox hallarda bu üsul tərəfdaşlar tərəfindən yaxşı qarşılanmır.



Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin