Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Mehmanxanalarda yanğından mühafizə standartları



Yüklə 445,59 Kb.
səhifə87/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   83   84   85   86   87   88   89   90   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

8.3 Mehmanxanalarda yanğından mühafizə standartları

Mülkiyyət formasından asılı olmayaraq bütün obyektlərin, o cümlədən mehmanxana və mehmanxana tipli obyektlərin yanğından mühafizə sistemləri, yanğına qarşı vasitə və avadanlıq - ilkin yanğınsöndürmə vasitələri, mexaniki, avtomatik yanğın xəbərverici və yanğın söndürmə qurğuları, köpük əmələgətirici maddələr və s. ilə təmin edilməsinə nail olmaqdır.


Mehmanxanalarda və mehmanxana tipli obyektlərdə binaların, qurğu və otaqların yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. Yanğın təhlükəsizliyinə cavabdeh olan fəhlə, qulluqçu, eləcə də mühəndis-texniki işçilər "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları"nı bilməli, bu qaydaların tələblərinə əməl etməlidirlər.
Mehmanxana və mehmanxana tipli obyektlərdə elektrik qurğularının, kondisionerlərin, isitmə və hava dəyişmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına gündəlik nəzarət edilməli və hər hansı bir yanğının baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bununla yanaşı yanğınsöndürmə qurğularına vaxtlı-vaxtında texniki xidmət göstərilməli, yanğın texniki komissiyaya rəhbərlik edilməsi, ildə iki dəfədən az olmayaraq binanın, mühəndis qurğularının yanğın təhlükəsizliyinin və yanğına qarşı müdafiə sistemlərinin vəziyyətlərinin yoxlanılması üçün komissiya təşkil edilməlidir.
Mehmanxanaların yanğına qarşı cavabdeh şəxsləri yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə yaşayış evlərinin və yataqxanaların çardaq və zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, otaqlara vaxtaşırı baxış keçirməli, yolların, yanğın su mənbələrinin və onların göstəricilərinin, həmçinin köçürmə yollarının, çöl köçürmə nərdivanlarının, balkonlarda və lodjilərdəki keçid qapılarının, yanğına qarşı qurğuların, eləcə də ildırım ötürücülərin vəziyyətinə nəzarət etməlidirlər. Yanğın su mənbələrinin göstəriciləri rənglənməli və su mənbəyinin yerləşdiyi sahə işarələrlə göstərilməlidir. Günün gecə vaxtlarında göstərici etibarlı işıqlandırıcılarla işıqlandırılmalıdır.
Mehmanxana rəhbərliyi yanğın avtomobillərinin hərəkətinə maneə törədə bilən ayrı-ayrı yol sahələrinin, keçidlərin təmiri zamanı bu barədə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qurumlarını məlumatlandırmalıdır. Yanğın hidrantlarının qapaqları mütəmadi olaraq kənar əşyalardan, tullantılardan, qış mövsümündə isə qar və buzdan təmizlənməli, konusvari örtüklərlə bağlanmalıdır. Mehmanxanalarda və mehmanxana tipli obyektlərdə köçürmə (təxliyə) yollarının konstruktiv elementlərinin odadavamlı örtüyü və ya onların üzərinə çəkilmiş suvağın müdafiə qatı istismara hazır vəziyyətdə saxlanılmalı, pilləkən qəfəslərində quraşdırılmış elektrik şitləri etibarlı açarlarla bağlanmalıdır. Binaların çardaqları daima təmiz olmalı, texniki mərtəbələrin və çardaqların pəncərələri şüşələnməli, daima bağlı saxlanmalıdır. Çardaqların, texniki mərtəbələrin, zirzəmilərin, yanğına qarşı divarların və havadəyişmə kameralarının qapıları da daima bağlı vəziyyətdə olmalıdır. Binaların çardaqlarında, zirzəmilərində yanar materialların və əşyaların saxlanılması qəti qadağandır.
Mehmanxanaların və mehmanxana tipli obyektlərin pəncərələrində dəmir barmaqlıqların quraşdırılması, texniki mərtəbələrin, havadəyişmə kameralarının təyinatı üzrə istifadə edilməməsi və onlarda yanar materialların saxlanılması, döşəmələrin və paltarların yuyulmasında tez alışan mayelərdən istifadə olunması, otaqları tərk edərkən televizor və digər məişət elektrik qurğularının cərəyan altında saxlanılması qadağandır. Mehmanxanalarda və mehmanxana tipli obyektlərdə elektrik qurğularının və şəbəkələrinin istismarına cavabdeh şəxslər elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktiki baxışların, eləcə də planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntuların aradan qaldırılmasını, qısaqapanmadan, artıq yüklənmələrdən və s. pozuntulardan mühafizə aparatlarının saz olmasına müntəzəm olaraq nəzarət edilməsini təmin etməlidirlər. Mehmanxanalarda müvəqqəti elektrik şəbəkələrinin qurulması və istismarı qadağandır. Elektrik şəbəkələrinin və qurğularının istismarı zamanı üst örtüyü zədələnmiş elektrik naqilindən istifadə etmək, elektrik şəbəkələrinin qorunması üçün nəzərdə tutulmuş avtomat qoruyucuları dövlət standartına uyğun olmayan qoruyucularla əvəz etməyə icazə verilmir.
Mehmanxanalarda və mehmanxana tipli obyektlərdə fəaliyyət göstərən mətbəxlərdə sorucu çətirləri, mətbəx qurğularının boru kəmərlərinin çölə açılan bacaları təmizlənməli, onların çirklənməsinin qarşısı alınmalıdır. Tüstüdən müdafiə sistemi, yanğın avtomatika qurğuları,qəza işıqlandırıcıları, yanğına qarşı daxili su kəməri, qəza lifti müntəzəm yoxlanmalı və işlək vəziyyətdə saxlanılmalıdır.
Mehmanxanaların dispetçer məntəqələrində olan yanğına qarşı müdafiə cihazları və idarəetmə qurğuları xidmətə başlayan növbətçi heyət tərəfindən daima işlək vəziyyətdə saxlanılmalı və hər növbə vaxtı yoxlanmalıdır. Mehmanxanaların yanğına qarşı su təchizatı və tüstüyə qarşı müdafiə sistemləri, otaqlarda və köçürmə yollarında quraşdırılan avtomatik yanğın xəbərverici siqnalizasiya sistemlərinə qoşulmalı və daima işlək vəziyyətdə saxlanılmalıdır. Avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularına, tüstüyə qarşı müdafiə sisteminə, yanğına qarşı daxili su şəbəkələrinin nasos stansiyasına texniki xidmət ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Təbii işıqlandırıcısı olmayan köçürmə yolları daim elektrik işığı ilə işıqlandırılmalıdır.
Mehmanxanaların və mehmanxana tipli obyektlərin bütün otaqlarında görülən yerlərdə otağın yerləşmiş olduğu müvafiq mərtəbənin ayrıca köçürülməsi üçün yanğın siqnalizasiya sisteminin və ilkin yanğınsöndürmə vasitələrinin yerləşdirildiyi yerin, köçürmə çıxışlarının və onlara gedən yolların izahedici mətnlə göstərilən sxemli planı, mehmanxanada yaşayan şəxslər tərəfindən riayət olunması məcburi sayılan yanğın təhlükəsizliyi qaydaları və yanğın baş verdiyi halda insanların hərəkəti haqqında yaddaş kitabçaları asılmalıdır.
Əcnəbi turistlərin mehmanxanalarda qaldığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydaları və yanğın vaxtı insanların hərəkəti haqqında yaddaş, həmçinin yaddaş haqqında radio verilişlərinin mətni rus, fransız, alman və ingilis dillərində hazırlanmalıdır.
Mehmanxanalarda siqaret çəkilməsinə icazə verilən yerlərdə müvafiq işarələr asılmalıdır. Belə yerlərdə su ilə təchiz olunan yanmayan materiallardan olan külqabı qoyulmalıdır. Külqabı özü bağlanan qapaqla təchiz olunmalıdır.
Mehmanxana kompleksinin bar və restoranlarında, diskoteka otaqlarında sintetik yanar materiallardan dekorasiya və digər təyinatlar üçün istifadə edilməsi qadağan olunur. Mehmanxanalarda kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulan otaqlarda, bayramların, konsertlərin, kinoseansların, yeni il şənliklərinin keçirildiyi yerlərdə yanğın təhlükəsizliyi qaydalarının bütün tələblərinə riayət olunmalıdır.
Mülkiyyət formasından asılı olmayaraq bütün obyektlərdə olduğu kimi lisenziya verilərkən mehmanxanalarda da "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanunu və "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları" rəhbər tutularaq DövlətYanğın Nəzarəti Xidmətinin tələbləri mütləq qaydada yerinə yetirilməlidir.
Müzakirə sualları
42.Otel standartları
a) Standart anlayışı
b) Standartlaşmanın məfhumları
43.Otel standartları
a) Otel müəssisəsində funksional standartlar
b) Standartların hazırlanması
44.Fəaliyyət göstərən otellərə standartların tətbiqi

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin