Şəkil 2.1 Əsas təşkilatı struktur və idarəçilik yanaşmaları
Bununla əlaqədar hotel sənayesində, təşkilatın personalını 3 qrupa bölmək konsepsiyası tətbiq olunur. Bu konsepsiyanın köməyi ilə, 1) hansı
kontingentin, təşkilatda əsas funksiyaları yerinə yetirəcəyi, 2) kim idarəçiliyə və subpodryat işləri nəzarətə götürəcəyi 3) kim çevik iş qüvvəsini təşkil edəcəyini və bunların sənayedə tətbiq olunmasını həyata keçirəcəyini müəyyən edir.
Hər qrupun təşkilatdan öz gözləntiləri var və müxtəlif cür idarə olunmalıdır. 3-cü qrupun münasib cəlb etmək üsulu və ucuz olması mühüm rol oynayır. Xüsusən tələbat olan yüksək mövsümdə. Təbii ki, keyfiyyətli xidməti saxlamaq üçün personala müəyyən vərdişləri aşılamaq, mükafatlandırmaq və səmərəli idarə etmək lazımdır. İkinci qrupda suppodrat müqavilələri fəal istifadə olunur. Bu özünü qida və içki şöbəsinin fəaliyyətində göstərir. Burada standartlar yüksək səviyyədə olduğuna görə işçilərin ixtisaslarında dəyişiklik ola bilər. Məsələn, bir çox restoranlar və hotellər müəyyən ərzaq növlərini, bu ərzaqların istehsalı ilə ixtisaslaşan şirkətlərdən alır. Beləliklə çeşid azala bilər və restoranda bu ərzaqların istehsalı ilə məşğul olan mütəxəssis olmaya bilər. Hotel sənayesində adları çəkilən konsepsiya modifikasiyaya uğraya bilər. Bir çox hotellərdə qonaqlar nömrələrdə içkini özləri hazırlayır və ya bufetdə səhər yeməyi hazırlayır. Xüsusi qurulmuş avtomatlardan istifadə edilə bilər. Bəzi hotellərdə mətbəxdə yeməyin hazırlanmasında qonaqlar da iştirak edir. Beləliklə, hotelin strukturu elə təşkil olunmalıdır ki, onda gedən proseslər keyfiyyətli və vaxtında həyata keçirilməlidir. Hər bir hotelin özünə məxsus təşkilatı struktura malik xüsusiyyətləri var. Qeyd etmək lazımdır ki, hotel menecerləri, təşkilatın vəzifələrinə uyğun qiymətləndirməsinə, dəyişən meyllərin öyrənilməsinə, tiplərin seçilməsinə, idarəçilik strukturunun qurulması üsullarına və prinsiplərinə xüsusi diqqət verirlər.
2.2 Təşkilat strukturunun hazırlanması
Təşkilat strukturu hotelin təyinatı, həcmi, nömrə fondunun sayı, tipi və digər amillərə uyğun tərtib olunur. Struktur hər bir şöbənin və əməkdaşın səlahiyyət və vəzifələrini əks etdirir. Mehmanxananın əsas funksiyaları yekun məhsulun alınmasını təmin edir. Bu məhsulun hazırlanması marketinq məhsulunun təklifi və təşkilatın maliyyələşməsindən ibarət bir prosesdir. Funksiyanın elementləri menecment prosesinin mühüm tərkib hissəsidir. Funksiyanın elementləri yekun məhsula yönəlməyib, yalnız funksiyanın məqsədlərinə yardım göstərir. Funksiyanın elementlərinə inzibati dəstək, planlaşdırma, keyfiyyətli nəzarət və digər fəaliyyətlər daxildir. Hotel biznesində əsas funksiyalar təşkilatı struktur ətrafında cəmləşir və bu hotelin təqdim etdiyi məhsul ilə birbaşa əlaqədardır. Hotelin əsas funksiyalarına, qəbul və xidmət, qida və içki, marketinq, nömrələrin satışı, konfransların təşkili və digər şöbələri aid etmək olar. Mühəndis- texniki, təhlükəsizliyin təminatı, mühasibatlıq və inzibati şöbələr funksiyonal elementlərə daxildir. Hotelin fəaliyyətində bəzən funksiyonal elementlər özlərini əsas funksiya kimi göstərmək istəyirlər, məsələn, mühasibat şöbəsi elə zənn edir ki, onun vəzifəsi hotelin fəaliyyətinə kömək etmək deyil, nəzarət etməkdir. Lakin öz mahiyyətinə görə mühasibatlıq özlüyündə funksiyonal elementdir. Ancaq kadrlar şöbəsi haqqında bunu demək olmaz. Kadrlar şöbəsinin fəaliyyəti əsas funksiyadır. Beləliklə təşkilatı strukturun tərtibində əsas funksiya və funskiyonal elementin dəqiq bölgüsü aparılmalıdır. Hotel meneceri təşkilatı strukturun işlənib hazırlanmasında beş istiqamətə önəm verir.
İşlərin ixtisaslaşması
Şöbələrə bölgüsü
Səlahiyyətin müəyyən olunması
Nəzarət funksiyasının ölçüsü
Əlaqələndirmə (kordinasiya) metodu
Dostları ilə paylaş: |