Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə10/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   6   7   8   9   10   11   12   13   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Büdcənin tərtibi

Hotel, maliyyə imkanlarından istifadə etməyi planlaşdırır. Büdcə - konkret fəaliyyət növlərinə pulun bölüşdürülməsi planıdır.
Hotelin kapital (əsas) avadanqlıqlarının, mədaxil (satışdan) və məxaric üzrə büdcəsi mövcuddur. Menecer, satışı və məsrəfləri elə proqnozlaşdırmalıdır ki, pul qənaətlə xərclənsin ki, müəyyən olunmuş müddət ərzində pul qurtarmasın.
Büdcənin tərtibində, hotelin bütün şöbələri iştirak edir və hər bir şöbənin büdcə planı olmalıdır. Büdcə - meneceri maliyyə məsuliyyəti daşımağa məcbur edir.
Maliyyə proqnozlaşdırılması aparan hotel meneceri, şirkətin gələcək maliyyə tələbatını, məqsədini müəyyən edir, nəzərdə tutulan gəliri saxlamağa kömək edir. Menecer, proqnozlaşdırma apararkən, hotelin maliyyə-kredit siyasətinin uğurla yerinə yetirilməsi üçün, nə vaxt və nə qədər pul tələb olunduğunu hesablamalıdır.
Büdcənin ətraflı tərtibi, hotelə, öz fəaliyyətini, faktiki nəticələrlə müqayisə etməyə imkan verir. Bu cür müqayisə hər ay aparılır. Maliyyə üzrə menecerin vəzifəsi, həm də proqnozlaşdırmadan kənara çıxan məsələləri aşkar etsin.
Hotel büdcəsini, hoteldə yaradılan büdcə komissiyası hazırlayır və bu komissiyaya baş menecer rəhbərlik edir. Komissiyaya, əsas şöbələrin müdirləri daxildir.
Büdcənin hazırlanması ilə əlaqədar, hotel işinin daxili və xarici iqtisadi şəraitini bilmək tələb olunur. Yəni, yaxın gələcəkdə ölkənin inflyasiya siyasətinin dəyişilməsi buna öz təsirini göstərə bilər.
Hotelin funksional şöbələri mədaxil və məxaric üzrə iki kateqoriyaya bölünür. Şöbələr, keçən müddətin maliyyə hesabatını təqdim etməklə, gələcək müddət üçün büdcə hazırlayır.
Hotelin əsas gəlir mənbəyi, nömrə fondu və əlavə xidmətlərdən ibarətdir. Hotelin büdcəsi tərtib olunarkən, gəlir gətirməyən sahə və şöbələrin məsrəfləri nəzərə alınır. Büdcənin məxaric hissəsinə, həmçinin kommunal xərclər, binanın saxlanılması və digər yerlər daxildir. Bütün proqnozlar aparılandan sonra, hotelin ümumi büdcəsi hazırlanır. Büdcə komissiyası layihəni nəzərdən keçirir, düzəlişlər aparır və büdcəni təsdiq edir. 12 aylıq büdcə əsasında, illik büdcə tərtib olunur və həyata keçirilir.
Hotel biznesinin planlaşdırılması sistemli bir fəaliyyətdir. Bu istehsal prosesinin mərhələ və məqsədlərini proqnozlaşdırılmağa yeni texnologiyaların tətbiqinə, zəif məqamları aradan qaldırmağa, yeni məhsulların çeşidinin genişləndirilməsinə imkan yaradır.
Hotel fəaliyyətinin planlaşdırılmasını tərtib edəndə, qeyri-adi şəraiti, fövqəladə halları, baş verə biləcək siyasi və iqtisadi vəziyyəti (millətlərarası münaqişə, vergi siyasətinin dəyişməsi, kömrük rüsumları, nəqliyyat tarifləri, inflyasiyanın səviyyəsi) nəzərə almaq lazımdır. Tərtib olunmuş planın keyfiyyət və səviyyəsi aşağıdakı əsas şərtlərlə müəyyənləşir.
Hotel menecerləri, bütün səviyyələrdə səriştəli və səlahiyyətli, peşəkar olmalıdır. Funksional şöbələrdə çalışan əməkdaşlar infomasiya bazarsı və kompyuter texnikası ilə təmin edilməlidir.
Menecmentin funksiyası kimi, planlaşdırmanın təyinatı, ondan ibarətdir ki, imkan daxilində, əvvəlcədən, daxili və xarici amillər nəzərə alınmalıdır. Bütün bu şərtlər, hotelin normal fəaliyyətinə və inkişafına əlverişli imkan yaradır.



Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin