Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə25/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   21   22   23   24   25   26   27   28   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

a)İdarəetmə metodları
İdarəçilik metodu, məqsədə çatmaq üçün idarə olunan obyektə təsir göstərən üsul və yolların toplumudur.
Hər hansı bir vəzifəni və məsələni həll etmək üçün, menecer müxtəlif qaydalar sistemindən istifadə edir. Menecmentdə metodların müxtəlifliyi və ona yanaşmalar, onların seçimini çətinləşdirir. Menecmentin vəzifəsi səmərəli idarəçilik üçün münasib metodu seçməkdir.
İdarəçilik metodunu xarakterizə edərkən, onların istiqamətini, məzmununu və təşkilatı formasını açmaq zəruridir.
İdarəçiliyin istiqamət metodu, idarəçiliyin müəyyən obyektinə yönəlib (firma, şirkət və.s)
İdarəçiliyin məzmunlu metodu, təsir üsullarının spesifik yollarının toplusudur.
İdarəçiliyin təşkilati forması, metodu, konkret yaranmış şəraitə təsir üsullarıdır. Təsir birbaşa və ya dolayısı ola bilər. Hotelin idarə olunmasında eyni zamanda müxtəlif metodlar və onların uyğunluğundan istifadə olunur.
İdarəçilik metodları üzvü olaraq bir birini tamamlayır, çünki, bu metodların istiqaməti, müxtəlif əmək fəaliyyəti göstərən insanlara yönəlib.
İdarəçiliyin aşağıdakı metodlarını göstərmək olar.



  1. İqtisadi

  2. Təşkilai-inzibati

  3. Sosial – psixoloji

İdarəçiliyin iqtisadi metodu
Bu metodun idarəçiliyə münasibəti ilk növbədə, obyektiv tələblər və insanların marağını təşkil edən iqtisadi münasibətlərlə müəyyən olunur. İdarəçilikdə iqtisadi metod əsas yer tutur.
Yalnız əsaslandırılan müstəqil şəraitdə iqtisadi metodla real rəhbərlik etmək imkanı olur. İdarəçilikdə iqtisadi metodla rəhbərlik planlaşdırma, təhlil, maliyyələşdirmə, təsərrüfat və.s formalarda özünü göstərir.
Təşkilati inzibati metoddan fərqli olaraq, iqtisadi metodla rəhbərlik, iqtisadi göstəriciləri və buna nail olmaq yollarını işlənib hazırlanmasını nəzərdə tutur.
İnsanların səmərəli işləməsində, inzibati təsirlər deyil, iqtisadi həvəsləndirmə metodları ön planda olur.
İdarəetmənin iqtisadi metodları əsasında, təşkilati-inzibati və sosial psixoloji metodlar inkişaf edir, möhkəmlənir və peşəkarlıq artır.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin